Bugünlərdə dostumuz Rafiq Vəliyev Facebook-da çox maraqlı bir status yazmışdı:“Həm istehsalçı, həm də pərakəndəçi şirkət olub uğurlu olan çox az sayda şirkət var…” . Bu fikir əlbəttə çox düzgündür. Bizdə hesab edirik ki, eyni vaxtda bu iki fəaliyyətlə uğurla məşğul olmaq olmaz. AMMA və LAKİN burada çox incə bir məsələ var – “uğurlu” dedikdə biz nə başa düşürük. Biznesdə “uğur” anlayışı son dərəcə subyektiv ola bilər. Biz bu yazıda Sizinlə uğurlu biznes nədir suallına cavab verməyə çalışaceyik. Maraqlı olsa oxuyarsız, yaxşı?

Yazıya keçməzdən əvvəl istəyirəm status barədə fikirlərimi Sizinlə bölüşüm. Əziz oxucu, biz hesab edirik ki, biznesdə uğurla fəaliyyət göstərmək üçün mütləq və mütləq gördüyün işin üzərində fokuslanmalısan. Başqa sözlə desək, biznesmen özünü tamamiylə gördüyü işə həsr etməli, gücünü parçalamadan hədəfə doğru getdiyi zaman işlər yaxşı gedir. Eyni vaxtda həm istehsalçı, həmdə satıcı olmaq mümkün deyil, çünki bu zaman sahibkarın fokusu itir.

Diqqət edin, biz demirik bu iki fəaliyyəti eyni anda etmək mümkün deyil… biz deyirik ki, eyni vaxtda effektiv etmək mümkün deyil. Bu dediklərimiz istər dünyada, istərsədə Azərbaycanımızda belədir. Dünyada əlbəttə, bu tezis – aksiyomadır – sübuta ehtiyyacı yoxdur. İstənilən qlobal şirkətə baxın… Unilever, P&G, Coca-Cola və ya Mars. Digər tərəfdən İkea, Zara və ya WallMart heç biri eyni vaxt həm istehsalçı və satıcı rolunda olmayıb.

Azərbaycanda ilk baxışdan bu sistem əksinə işləyir… özünüz diqqət edin, ölkədə ən böyük pərakəndəçilər ya Neptun kimi eyni vaxtda bir neçə sahədə çalışır (Neptun və ya Soliton (hələ bu azmış kimi mebeldə artırıblar)), ya da BazarStore, Araz Market kimi həm istehsalçı, həmdə satıcı formasındadır. Biz hesab edirik ki, adlarını çəkdiyimiz pərakəndəçilər tam uğursuzdular. Niyə?! Hə, gəldikdə əsas nöqtəyə uğurlu biznes nədir?

Yazımızın əsas suallına cavab vermək üçün biz iqtisad elminin fundamentinə bir daha nəzər salmalıyıq. İqtisadiyyat məhdud resurslardan maksimum səmərələri istifadə etmək elmidir. Başqa sözlə desək, uğurlu biznes xərclənən hər bir manata görə ən çox pul gətirə biləcək biznesdir. Gəlin bizim “gəhramanlarımıza” baxaq…

BazarStore – Araz. Azersun şirkəti, eyni şəkildədə Veyseloğlu yerli istehsalçı olaraq Azərbaycan bazarında bir çox kateqoriyalar üzrə tam olaraq bazar lideridir. Çoxları düşünür ki, bu monopiliyanın hesabınadır və s…. biz belə düşünmürük və əminliklə bilirik ki, şirkət sahiblərinin işlərinin üstündə olmalarına görə Azersun  – Azersundur. Amma BazarStore haqqında bunu demək qətiyyən olmaz. Bugün dünyada lider pərakəndə şəbəkələr bazarın minimum 10% sahib olurlar. BazarStore bu rəqəmin heç xanınıda gəlmir. Adətən pərakəndəçi şəbəkələr bazarda kütləvi satışlardan qazanırlar. Nəzər alsaq ki, nə BazarStore, nə Araz Market, nə Neptun bu paya sahib deyil, deməli şərti olaraq bu şirkətlərin pərakəndəçilik layihəsinə qoyduqları “1 manat” effektiv deyil.

Burda Soluton haqqında ayrıca danışmaq istəyirəm. Hesab edirəm ki, burada səhvlər var. Eyni vaxtda həm məişət texnikası (Soluton), həmdə ərzaq pərakəndəçiliyi etmək iqtisadi səmərəni azaldır. Son ildə Soluton hələ mebelədə girib, məişət texnikası sahəsində o qədər geniş imkanlar ola-ola Soluton, digər “dostları” Kontakt Home və ya Maqnit kimi həm mebel, həmdə məişət texnikası satmaq istəyir. Əzizlərim, Sizin əmin edirəm bu sahədən böyük ziyanlarla tezliklə çıxacaqlar. Eyni vaxtda iki iş görmək mümkün deyil. Ata-babalarımız nə deyib!? Bir əldə, iki qarpız tutmazlar… bu sözlər elə-belə deyilməyib axı!

Ölkəmizdə ərzaq pərakəndəçilik bazarında böyük boşluqlar. Bu sahəyə əsl, “əsl” sözü böyük hərflərlə kim gəlsə çox tezliklə bazara əlinə alacaq. Çünki bügün bazarda olanların heç birinin “gözü” əslində bu sahədə deyil, nə Azersun, nə Veyseloğlu, nədə digərinə əslində bu marketlər lazım deyil. Bu arada yadıma düşmüşkən deyim… Bravo supermarket şəbəkəsidə bazara, işə fokuslanmayıb. Hiss edilir ki, Bravonun pulu “başından tökülür” və inanın ki, belə bizneslər heç vaxt effektiv ola bilmir.

Bəzən xarici bençmarkinq etmək bizə kifayət edir ki, bazarımızda olan problemlərə görək. Dünya lideri WallMart və ya Maqnit bazara əhalisi az olan yerlərdən girdilər ki, rəqibsiz bazar qazansınlar. Bugün Azərbaycan tam olaraq rəqabətsiz ölkədir!)

Azərbaycan həm istehsalçı, həmdə satıcı kimi çalışan ən sistemli şirkət əlbəttə ki, Embawood (Madeyra) ola bilər. Amma burdada böyük AMMA var! Şirkət pərakəndəçiliyi françayzinq məntiqi ilə edir, yəni dolayı yolla özü bu işə pul yatızdırmır. Pulu digərlərindən alır: həm brendini qoruyur, həm məhsullarının satış yerini təmin edir, həmdə maddi cəhətdən sıxıntıya girmir. Yükü paylaşır.

Əziz oxucu, həyatda olduğu kimi, biz hesab edirik ki, biznesdədə belədir: bir əldə iki qarpız tutmaq olmur. Hər ikisi əldən düşə bilər.