Time management (vaxtın idarə olunması) kursu şəxsi hədəflərin doğru şəkildə tərtib olunması, hədəflərə çatmaq üçün fəaliyyət planın hazırlanması, gündəlik fəaliyyətin effektli təşkili, məhsudlarlığın artırılması üçün çoxsaylı texnikaların öyrənilməsini özündə birləşdirir.

Bu kursun keçirilməsi kollektiv üzvlərinin daxili motivasiyalarının yüksəlməsinə, daha məhsuldar çalışmalarına, verilən tapşırıqların vaxtında icrasına səbəb olur. Ümumilikdə kollektivin hər bir üzvünün performansı yüksəlir (daha faydalı fəaliyyət, vaxtındalıq, sistemlilik), komandada anlaşma daha yaxşı səviyyədə olur, gərginlik, informasiya itgisi azalır.

Time management kursu bütün komanda üçün eyni gündə keçirilə bilər. Ümumi davam müddəti 5 saatdır.

İştirakçılar təlimin 1-ci hissəsində şəxsi hədəflərini hazırlayır, şəxsi hədəflərini şirkətin hədəfləri ilə uclaşdırır və hədəflərə çatmaq üçün doğru fəaliyyət planı hazırlayırlar. 2-ci hissədə iş həftəsinin, iş gününün effektli təşkilini öyrənir, həyata keçirir. Sonuncu hissədə isə şəxsi məhsuldarlıqlarını artırmaq üçün çoxsaylı texnikalarla tanış olurlar.

 

Kimlər üçündür:

  1. Şirkət əməkdaşları
  2. Kiçik və orta menecerlər
  3. Sahibkarlar

 

Kursun proqramı

1-ci təlim

Time-management anlayışı. Həyati dəyərlərin müəyyən edilməsi. Vaxtın harmonik idarə olunması sistemi. Uzun müddətli və illik hədəflərin hazırlanması. İllik fəaliyyət planının hazırlanması.

2-ci təlim

Həftəlik planlama. İş gününün planlanması. İşlər siyahısı və vaxt bölgüsü ilə iş. Prioritetlərin müəyyən edilməsi qaydası. Planlama alətləri ilə iş qaydaları.

3-cü təlim

Effektli fəaliyyət qaydaları. Effektivliyin, məhsuldarlığın artırılması. Vaxt oğruları, fokuslanma, məlumatların idarə olunması.