İş həyatımız uzun marafona bənzəyir. Bu marafonda biz öz enerjimizi və əsəblərimizi sərf edirik. Hərdən bizə fasilə etmək, yenidən enerji toplamaq, əsəblərimizi bərpa etmək, əhvalımızı dəyişmək lazım gəlir.
Şəxsi İnkişaf Düşərgəsi sizə cəmi 2 günün içində ləzzətli yay istirahəti etməyə, pozitiv enerji toplamağa, əsəblərinizi dinlədərək iş ilinin gərginliyindən azad olmağa imkan verəcək. Üstəgəl siz 50-ə yaxın yeni dost qazanmış olacaq, əlaqələrinizi genişləndirəcəksiniz. 2 gün ərzində keçiriləcək çox maraqlı psixoloji təlimlər, komanda yarışmaları isə sizi daha güclü, daha effektli insana çevirəcək, sizdə xüsusi bacarıqlar formalaşdıracaq.
Proyekt xüsusi Amerika proqramı ilə hazırlanıb. Son 4 ildə Şəxsi İnkişaf Düşərgələrində 300 – dən çox insan iştirak edib
07.00 Avtobusa toplanma
07.00-10.30 Yolda intellektual oyun
11.00 – 12.00 İlkin toplantı. Komandaların formalaşması
12.00 – 13.00 Təlimlər: «Etibar düşüşü», «Başqasının dili ilə», «Dairə və mən», «Şüuraltının şəkli»
13.00 – 14.30 Yemək fasiləsi+sərbəst vaxt
14.30 – 16.30 Təlimlər: «Etibar düşüşü», «Başqasının dili ilə», «Dairə və mən», «Şüuraltının şəkli»
16.45 – 18.30 Voleybol çempionatı
19.00 Şam yeməyi
21.00 Mafiya & intellektual oyunlar
07.00 Səhər gimnastikası
08.00 – 09.00 Səhər yeməyi
10.00 – 13.00 Təlimlər: «Hörümçək toru», «Əks əlaqə»
13.00 – 14.30 Yemək fasiləsi+sərbəst vaxt
14.30 – 16.00 «XY» treninqi
16.00 – 17.00 «Qarşılıqlı qiymətləndirmə»
17.00 – 18.00 Yekun toplantı
18.00 Şam yeməyi
19.00 Yola düşmə