Satışa Rəhbərlik Kursu

Kurs haqqında

Satış rəhbəri şirkətə həyat verən əsas komanda – satış komandasına rəhbərlik edir. Onun peşəkarlığından, idarəçilik və liderlik bacarıqlarından həm şəxsi rifahı, həm idarə etdiyi satıcıların rifahı, eyni zamanda bütün şirkətin rifahı və gələcəyi asılıdır. Sat Group şirkəti sizə “satışa rəhbərliyin” əsas incəliklərini uğurlu, zəngin təcrübəyə sahib satış mütəxəssislərindən 3 günlük intensiv kurs vasitəsilə öyrənməyə dəvət edir.

Kurs kimlər üçündür?

Satış rəhbərləri

Kiçik və orta biznes sahibləri

Kommersiya direktorları

Sahibkarlar

Şirkət rəhbərləri

Kursda nələri öyrənəcəm

Güclü satış komandası formalaşdırmaq üçün gərəkli bilik və bacarıqlara yiyələnmək

Satış komandasının daimi inkişafı və yüksək motivasiyada işləməsi

Effektli nəzarət – hesabatlılıq sisteminin olması. İdarəçilikdə rahatlıq və effektlilik.

Uğurlu satış sisteminin qurulması və ya satış sisteminin təkmilləşməsi

Yeni gəlirli satış kanallarının yaradılması

Satışların həm qısa müddətdə, həm də davamlı olaraq artması

Bazarı düzgün analiz etmək və imkanları aşkarlamaq bacarıqları.

Kursun proqramı

Satış personalı seçimi, kriteriyalar, seçim prosesi - Azad Qəhrəmanovun təqdimatında
  • Satıcı tipləri. Potensiallı satıcı kimdir?
  • Hardan tapmalı? Seçim prosesi. Seçim kriteriyaları.
  • “İntervyu” treninqi.
Satış personalının yetişdirilməsi - Azad Qəhrəmanovun təqdimatında
  • Yeni satış nümayəndəsinin işə tam qoşulmasına qədər olan addımlar
  • Məhsul bilgisi. Rəqiblər və alternativlər haqda bilginin toplanması
  • Yeni satıcıda satış bilikləri və bacarıqlarının formalaşdırılması
  • Daimi inkişaf mərkəzi – təcrübə bölgüsü. Öyrədici və təkmilləşdirici toplantılar
  • İş başında təlim.
Satış rəhbəri və personal münasibətləri - Azad Qəhrəmanovun təqdimatında
  • Liderlik.Satış rəhbəri tipləri (diktator, peşəkar dost və qayğıkeş ana)
  • Liderliyinin 10 prinsipi
  • Satıcıları daim yüksək motivasiyada saxlamaq üçün 5 üsul
  • Düzgün tənqid etmə metodu. “əks əlaqə” təlimi
Satış sistemi. Bazarda maksimum sayda müştəri qazandıracaq, satıcıları maksimal effektlə işləməyə sövq edəcək sistemin hazırlanması və sistemlə iş - Anar Bayramovun təqdimatında
  • Satış sistemi nə üçün vacibdir?
  • CRM, müştəri məlumat bazası. Məlumat bazası ilə iş
  • Satış hədəflərinin qoyulması
  • Satış komandasının düzgün təşkili
  • Satışda prioritetlərin düzgün qoyulması. Vacib işlərin müəyyənləşdirilməsi və komandanın daha effektli işləməyə sövq edilməsi
  • Satış rutları. Rutların hazırlanması və rutlar üzrə iş. Satış işçilərinin bonus/maaş sistemi. Satış hesabatlıq sistemi, analitika
  • B2B satış
  • Time management. Satış rəhbərinin vaxt və fəaliyyət planlaması
  • İş günün planlaşdırılması
Satış rəhbəri marketinq haqda nələri bilməlidir - Rafiq Hunaltayın təqdimatında
  • Marketinq nə üçündür? Marketinqin satışla sərhəddi.
  • Marketinq strategiyası.
  • Brendinq, brend strategiyası, mövqelənmə.
  • Qiymət, qiymətqoyma.
  • Marketinq Kommunikasiya planı.
  • Hədəf kütləyə necə çatmaq olar?
  • Marketinq büdcəsinin hazırlanması.
  • Reklamların effektliliyi.
  • Reklam kanallarının müqayisəsi.
  • Ənənəvi media ilə yeni medianın (SMM) fərqi.
  • Rəqəmsal marketinq.
  • Kampaniyaların təşkili

Kursun formatı

İştirakçı sayı

25

nəfər

Toplam təlim

18

saat

Toplam

3

təlim olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

550 AZN
Qiymət 1 nəfər üçün nəzərdə tutulub

Ödənişə daxildir:

  • Praktiki tapşırıqlar, komandalarla iş
  • 5* oteldə yerləşmə (2 gecə 3 gün)
  • Gündə 3 dəfə qidalanma
  • Coffee Break
  • Təlim materialları
  • 5* otel istirahəti (qapalı basseyn, SPA, trenajor zalı)
  • Füsunkar təbiət qoynunda aktiv istirahət
  • Təcrübəli marketinq mütəxəssisləri ilə birbaşa ünsiyyət və məsləhətləşmək imkanı
  • Sertifikat

Təlimçilər

Anar Bayramov
marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant
Rafiq Hunaltay
marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant
Azad Qəhrəmanov
satış mütəxəssisi, təlimçi

Müştəri rəyləri

Məlahət Məhərrəmova

SAT Group peşəkar təlimləri ilə bütün iştirakçıların uğurlu iş həyatında dərin izlər qoyur. Həqiqətən faydalı məlumatlar əldə etdik, möhtəşəm kollektivə təşəkkürlər!
Məlahət Məhərrəmova
Yelload

Rəşad İsmayılov

Zetron Telekom şirkətinin satış üzrə meneceriyəm və Sat Groupda Korporativ satış kursu və Praktiki satış kursu təlimlərində iştirak etmişəm. Satış sahəsində özünü inkişaf etdirmək istəyən hamıya səmim şəkildə bu kursları tövsiyə edirəm.Əla pozitiv və peşəkarlardan ibarət bir komandadır. Bütün təlimçilərə təşəkkür edirəm və SAT Group komandasına bol uğur azrulayıram.
Rəşad İsmayılov
Zetron Telekom, satış üzrə menecer

Nurani Allahverdiyev

Kursa qoşulmamışdan əvvəl satış təcrübəm o qədər də çox deyildi. Məndə olan primitiv bacarıqlarla daha böyük nailiyyətlər əldə edə bilədiyimi anladım. Bu səbəbdən kursa qoşulmaq qərarına gəldim. Bu addımı atmağımda peşman deyiləm. Kursa qoşulmaqla satış sahəsində məlumatlar əldə etdim. Bunlara daxildir kontaktın qurulması, davranış qaydaları və mənim ən çox xoşuma gələn müştəri etiraz etdikdə onu razı salmağın qaydalarını öyrəndim. Buna görə də SAT Groupa öz təşəkkürümü bildirirəm. Xüsusən də Azad müəllim və Sarvan müəllimə.
Nurani Allahverdiyev
Unibank, kredit mütəxəssisi

Kamran Nəbiyev

Satış işimizin əsas sahələrindən biridir.Düşünürəm ki, yaxşı, peşəkar kadr ola bilərsiz, rəssam ola bilərsiz, gözəl müğənni ola bilərsiz. Lakin, bununla yanaşı yaxşı satış bacarığı olmalıdır ki, onlardan faydalı şəkildə istifadə edə bilərsiz. Təcrübə zamanı müxtəlif problemlərlə rastlaşırıq ki, bunları həll etmək üçün təcrübəli insanlardan faydalanmalıyıq. Bunun üçün də SAT Group-un korporativ satış təlimlərinə qatıldım. Çox faydalandım. Əsas mənə maraqlı sualların cavablarını tapdım. Təcrübədə istifadə etmək üçün səbrsizlənirəm.
Kamran Nəbiyev
Kimi.az group, həmtəsisçi, icraçı direktor

Ruslan Ənvərli

Kurs haqqında təəssüratlarım ondan ibarətdir ki, insan bəzən kursa gələndə fikirləşir ki, bunlar haqqında məlumatım var. Lakin dinlədikcə daha diqqət cəlbelədikca baxırsanki elə nüanslar var ki, onlar dəqiq nüanslardır. Müştərilərlə münasibətdə bu nüanslara daha diqqət eləməlidir. Dİqqət eləsə daha çox nailəyyətlər, daha çox uğurlar əldə edə bilər. Mən çoxlu keyslər götürdüm burda və əminəm ki, gələcək korporativ görüşlərimdə və karyeramın növbəti addımlarında bu keyslərdən istifadə edəcəm. Yaxşı nəticələr əldə edəcəm.
Ruslan Ənvərli
Emobile.az, bakcell ulduzum proyektinin layihə rəhbəri

Cavid Quliyev

SAT Group haqqında mənim yorumum çox yaxşıdır. Professional təlimlər verilir həqiqətən. Bura gəlməmişdən əvvəl rəhbərliyimdən bildirilmişdir ki, həqiqətən çox professionaldır. Gəldim və gördüm ki, həqiqtən elədir. Özümə bir şey qatdığımı düşünürəm. Məqsədim də bu idi.
Cavid Quliyev
Fibatec MMC, satış mütəxəssisi

Emir Paşayev

SAT Groupda üç təlim keçmiş bir iştirakçı kimi, həm müəllimlərimizə həm təşkilatçılığ edən hər kəsə, ümumi biznes sahəsində faydalı məlumatlara görə, səbirlə hər bir saullarımızı cavablandırdıqlarına görə, yaradılmış hər bir şəraitə görə, yeni dosluqlara görə, dərin minnətdarlığımı bildirirəm. Həm növbəti işlərdə və tədbirlərdə SAT GROUP komandasına böyük uğurlar arzu edirəm.
Emir Paşayev
BHE MMC, mağaza müdiri

Daşqın İsmayılov

SAT Groupun təşkil etdiyi Satışa rəhbərlik kursunda iştirak etdim. Məmnun oldum. Ümid edirəm ki, burda eşitdiyimiz satış komandasının yaranması, satış sisteminin qurulması, marketinq alətləri barəsində eşitdiyimiz mühazirələrdən öz işimizdə tətbiq edərək yaxşı nəticələr əldə edəcəyik və bu nəticələrdən sonra daha da məmnun olacayıq.
Daşqın İsmayılov
Buxar mühəndislik MMC, satış müdüri

Afət Rüstəmova

Bu təlimə şirkətimizdə satışları daha sistematik şəkilə qoymaq üçün qatıldım. Bu, ikinci mənim təlimimdir. Təlimdən çox razı qaldım. Satışa Rəhbərlik təlimi ilk dəfə keçirilir. Mənim istəyimdir ki, bu cür təlimlər Bakıdan kənarda daha çox keçirilsin. Həm biz yeni şirkətlər tanıyırıq, bir birimizlə qaynaşırıq. Bu, işin öyrənilməsinə, bizim satışların artmasına və networking-in artmasına səbəb olur.
Afət Rüstəmova
LTScientific şirkəti, Marketinq meneceri

Orxan Hüseyn

Nezeriyye telimleri cox olub. amma sirf praktiki ve tetbiq olunacaq bir telim isteyirsiniz HR Xaqani Safarovun telimlerine gedin. Biz oz ishimizde butun dediklerini edirik, ciddiden yaxsiya dogru boyuk deyisikler oldu. Ugurlar haminiza!
Orxan Hüseyn
Foto xalça, sahibkar

Elvin Dadaşsoy

İndiyədək SAT Groupun rəhbərlər üçün olan 3 təlimində olmuşam. Hər bir təlim işimdə çox yararlı oldu və ciddi irəliləyiş müşahidə etdim. Hər bir biznes rəhbərin şəxsi inkişafı qədər böyüyür. SAT Groupun iş adamları üçün gördüyü işlər əvəzsizdir. Xəqani müəllim tanıdığım ən yaxşı təlimçidir. Bu təlimdə iştiral etməyi iş adamlarına şiddətlə tövsiyyə edirəm.
Elvin Dadaşsoy
Panda School, direktor

Emil Lalayev

Mən çox sevinirəm ki, bu kursu keçdim. Xəqani müəllimi tanıdım və demək olar ki, bu qısa zaman çərçivəsində özümə lazım olan bir çoc biliklərə yiyələndim. Sİzə (SAT Group) bu kursu təşkil etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm və ümid edirəm ki, bundan sonra daim sizinlə əməkdaşlıq edərəm.
Emil Lalayev
Fond birja, HR

Toğrul

Mən “Antaris” şirkətinin nümayəndəsi olaraq “Sat Group” kursuna qatıldım. 3 günlük kurs müddətində maksimum biliklərə yiyələnməyə çalışdım və bunun illərdir qazandığım təcrübəyə daha da effektiv təsir edəcəyinə heç şübhəm yoxdur. Təlim təşkiledicilərinə, başda Azad bəy olmaqla bütün idarə heyətinə, eləcə də seminar keçən bütün müəllimlərə və təlim iştirakçılarına öz təşəkkürümü bildirirəm. Hamıya öz karyerasında müvəffəqiyyətli olmağı arzu edirəm.
Toğrul
Antaris şirkəti

Müşviq Rüstəmov

SAT Group ilə artıq biz uzun müddətdir əməkdaşlıq edirik. Bir çox təlimlərə qoşulmuşuq. Bu təlim də mənim üçün çox maraqlı oldu. Mağazada satış və idarəetmə sisteminin quruluşu bucür təlimlər çox gözlənilməz olur mənim üçün. Çünki uzun müddət mağaza idarəçiliymdə bir çox şeyləri bildiyimi bilirdim. Amma bu kursda əmin oldum ki, yox. Demək olar ki, bir çox şeyləri biz bilmirik. Burda satış texnikası, rəqabət strategiyası, satışın artırılması üçün bir çox nüanslar, satış menecerinin yetişdirilməsində bir çox fəndlər. Bu və digər biliklərə yiyələndik. Düşünürəm ki, biznes sektorunda çalışdıqca daim öz üzərimizdə çalışmalıyıq. Həyat bunu bizə vadar edir. Nə qədər çox çalışsaq bir o qədər çox uğurlara imza atarıq.
Müşviq Rüstəmov
Notepal, direktor

Samir Səmədov

SAT Group şirkətinin təşkil etdiyi ikinci təlimdir ki, biz iştirak edirik. Çox dəqiq və səlis məlumatlar ala bildik. Bu aldığımız məlumatlarla gələcək fəaliyyətimizdə böyük uğurlar qazanmağa çalışacayıq. Çox kömək olacaq bizə.
Samir Səmədov
Saloğlu mebel, mağaza rəhbəri

Səadət Rəhimova

Marketing Air təliminə qatılmaqla çox sayda yeni strategiyalar, maraqlı məlumatlar və yeni tanışlıqlar əldə etdim.Bu səbəbdən Sat Group sizə təşəkkür edirəm.
Səadət Rəhimova
Mayomed Medical, Menecer

İlkin Mirzəzadə

Gözəl kollektivi olan, hərşeyi yüksək səviyyədə həyata keçirən Sat Group şirkətinə və komandasına sonsuz təşəkkürlərimi bildirirəm! Daima özünü inkişaf etdirmək istəyən, satış və marketinq sahəsində biliklərini artırmaq istəyən dostlarıma tövsiyyə edəcəyim biryerdi! Təşəkkürlər Sat Group!
İlkin Mirzəzadə
Kasko butik, Satış meneceri

Nicat Əliyev

The professional and creative team, I got unforgettable great experience in marketing field. ( Marketing AIR 12) Thank You SAT Team. Good Luck!
Nicat Əliyev
NRT Reise, Rəhbər

Sərxan Quliyev

Anar bəylə danışdıqdan sonra elə düşünürsənki, biznes elə asandırki və sən bunu super bacarırsan. Amma əslində bu işlər onun üçün asandır və satış işinin müstəsna adamı olduğunun göstəricisidir. Şəxsən bizim şirkətdə Anar bəyin sıradan, dərin düşünmədən etdiyi təkliflərlə 15% satışı artıra bilmişik. Təşəkkürlər.
Sərxan Quliyev
Superfon, sahibkar

Elnur Mahmudzadə

Düşünürəm ki, kiçik sahibkarlıqla məşğul olan hər bir kəs bu kursu mütləq keçməlidir. Bu kurs vasitəsi ilə siz hal-hazırki durumunuzu təhlil edə bilə, normal bir şirkətdə nələrin olmalı olduğunu anlaya və sizin şirkətdə bunlardan hansının olub olmadığını başa düşə biləcəksiniz. Bəzi məsələlər barədə dumanlı fikirləriniz aydınlanacaq. Əgər bu öyrəndiklərinizi biznesinizdə tətbiq edə bilsəniz nə mutlu sizə.
Elnur Mahmudzadə
FlameTour&Travel DMC, CEO

Tural Dünyamalıyev

Anar müəlliin təqdimatında keçirilən Peşəkar İdarəçilik kursu tək kəlimə ilə mükəmməl idi. Peşəkar işçilər sayəsində hər şey dörd dördlük idi.
Tural Dünyamalıyev
ARGE Group, Direktor

Elvin Qurbanov

Əla mühit, professional təlimçilər, praktiki biliklər bir arada. Ugurlar “SAT Group”
Elvin Qurbanov
Marketinq direktor, Qoç Ət

Səidə Fətullazadə

Çox nadir hallarda kiminsə haqqında həddən çox neqativ və pozitiv fikir yazıram. Düşünürəm ki, maraqlı təlim keçmək çox asandır. İnsanlar var ki, onları dinləmək çox xoşdur və böyük markaların böyük addımlarını danışıb istənilən təlimi maraqlı etmək olar. Amma həm maraqlı həm də faydalı təlim keçmək çox çətindir. Hansı ki, iştirakçılar təlimdən sonra nəsə öyrənir, bunu işində tətbiq edir və bu tətbiqlərə görə işlədikləri şirkət maddi cəhətdən kifayət qədər qənaət etmiş olur. Bugün Əfsun bəyin təlimində bunun şahidi oldum. İnsan bildiyi hər şeyi paxıllıq etmədən paylaşmağı bacarırdı. Həqiqətən belə təlimçilərə çox ehtiyac var. Əfsun bəyi növbəti təlimlərdə və MMF`də spiker görmək ümidi ilə.
Səidə Fətullazadə
Günay sığorta, Marketinq direktor

Kənan Məcidov

SAT Group təşkilatçılığında Əli Xəyyam’ın tədris etdiyi CRM kursunda iştirak etdim. Həm kursun təşkilatçılığı həm də təlimçi tərəfindən tədris edilən mövzu yüksək səviyyədə idi. Hər kəsə tövsiyyə edirəm!
Kənan Məcidov
Fotoqraf

Vüsal İmanov

Uğur əldə etmək istəyinizin başlanğıc nöqtəsi.
Vüsal İmanov
Tibb sahəsi, menecer

Nərmin Qurbanova

Mən, Nərmin Qurbanova. Hal-hazırda marketinq üzrə magistr tələbəsiyəm. Bundan əlavə dekor üzrə şəxsi biznesim var. Bu biznesimi inkişaf elətdirmək üçün düşündüm ki, ən önəmli yol SMM-dən keçər. Bu səbəbdən SAT Group-un SMM kursuna müraciət elədim. Bu kursun digərlərindən fərqi məncə ondan ibarətdir ki, öyrəncəli, faydalı olmasından yanaşı eyni zamanda ailə mühitidir və səmimi ortam içərisindədir. Bundan əlavə Pərviz müəllimin öyrətdiyi biliklər gələcək karyeramda çox böyük köməyi olacaq. Hər şey üçün çox sağolun.
Nərmin Qurbanova
Blogger

Elvin Nəzərov

SAT Groupun təşkil etdiyi Sosial Media Marketinq təlimində iştirak etdim. Öz adımdam təlimi təşkil edən hər bir şəxsə minnətdarlığımı bildirirəm. Təlimdə çox şey öyrəndik. Ümid edirəm ki, gələcək iş həyatımda, karyeramda burda öyrəndiklərimi tətbiq edəcəm. Daha çox uğur və daha çox nailiyyət əldə edəcəm. Hər bir kəsə təşəkkür edirəm.
Elvin Nəzərov
Tikinti və reklam, menecer

Fuad Nusalov

Bu kurs haqqında məlumatı facebookdan aldım və qatıldım. Çox maraqlıdır. İlk öncə onu deyim ki, Azad müəllimə çox böyük minnətdarlığımı bildirirəm. Çox informativ, çox maraqlı bir kurs keçdi bizim üçün. Hal-hazırda artıq işimdə də bunun təsirini hiss eliyirəm. Azad müəllimin pozitiv aurası bu kursun daha da maraqlı keçməsinə böyük kömək olurdu. Bütün stomatoloqlara da bu kursdan keçməyi tövsiyyə edərdim. Təşkilatçılara, Azad müəllim də başda olmaqla hər kəsə minnətdarlığımı bildirirəm.
Fuad Nusalov
Aristokrat tibb mərkəzi, həkim

İlahə Ağababayeva

SAT Groupa Implantoloji kursların birindən məlumat alıb qoşulmuşam. SAT Group təlimlərindən həddindən çox razı qaldım. Pasientlərlə qiymət danışıqlarını öyrəndim. Bundan əvvəl pasientlərlə qiymət danışıqlarında çox çətinlik çəkirdim. Təlimlərdən çox razıyam. Azad Qəhrəmanova və SAT Groupa böyük minnətdarlığımı bildirirəm.
İlahə Ağababayeva
Həkim-Stomatoloq

Zahid Əliyev

2000-ci ildən həkim-stomatoloq kimi özəl tibbi klinikada fəaliyyət göstərirəm. Azad Qəhrəmanov, SAT Groupun rəhbəri ilə bu yaxınlarda tanış oldum. Təşəkkür edirəm. Mənim həkim-stomatoloq kimi püxtələşməyimdə, pasientlərinlə ünsiyyət saxlamağımda böyük pnəmli rolu oldu. SAT Group kurslarını bitirəndən sonra həm həkim-stomatoloq kimi özümə inamım artdı, həm də pasientlərimlə daha rahat ünsiyyət qura bildim. Təşəkkür edirəm Azad müəllimə.
Zahid Əliyev
Həkim-Stomatoloq

İlqar Şirinov

Veysəloğlu Qrup`da Bazar Araşdırması üzrə mütəxəssis vəzifəsində çalışıram və Sat Groupda Marketinq Araşdırmaları kursu təlimlərində iştirak etmişəm. Araşdırma sahəsində özünü inkişaf etdirmək istəyən hamıya səmimi şəkildə bu kursları tövsiyyə edirəm. Əla, pozitiv və peşəkarlardan ibarət bir komandadır. Təlimçi Tural Həsənova təşəkkür edirəm və SAT Group komandasına bol uğur azrulayıram.
İlqar Şirinov
Veysəloğlu, Bazar araşdırması üzrə mütəxəssis

Zamin Qasımov

Məncə bugünə kimi təlimlərinizə gələn hər kəsə bu yeni təlimi bildirin.
Zamin Qasımov
Nabucco şirkəti, Satış və marketinq meneceri

Əhməd Əhmədov

Əla mühit, professional təlimçilər, praktiki biliklər bir arada. Uğurlar “SAT Group”

Əhməd Əhmədov
Şəxsi biznes