42 təlimdən ibarət olan 4 ay davam edəcək təhsil proqramında iştirakçılar praktiki çalışmalar sayəsində müştərilərlə effektli ünsiyyət, məhsul və xidmətlərin təqdimi, müştəri etirazları ilə iş, telefon danışıqları, korporativ satışlar, səlis danışıq, insan psixologiyası, satış alətlərindən effektli istifadə kimi bacarıqlara yiyələnirlər. Layihəyə qoşulan şəxslərə təqaüd proqramı və dərhal işlə təmin olunmaq imkanı təklif olunur.
Təqaüd proqramına qoşulan şəxs eyni anda həm yeni iş yerində işləyir, həm də təlimlərə qatılır. Bu təlimlərin effektini yüksəldir, yeni iş yerinə tez uyğunlaşmağa və uğur qazanmağa kömək edir.
Əla mühit, professional təlimçilər, praktiki biliklər bir arada. Uğurlar “SAT Group”