Rəhbərlər üçün Maliyyə Kursu

Kurs haqqında

Biznesin əsas məqsədi mənfəət əldə etməkdir. Bununla yanaşı hər bir sahibkar, rəhbər şirkətinin stabil inkişaf etməsini və ciddi risklərdən sığortalanmasını istəyir. Şirkətdə maliyyənin düzgün idarə olunması, yüksək hesabatlılığın olması və vergi ilə münasibətlərin doğru qurulması sonda daha yüksək mənfəət əldə etməyə, stabil fəaliyyət göstərməyə imkan verir.

Rəhbərlər üçün Maliyyə kursu iştirakçılara biznesin maliyyə tərəfindən arxayın olmağa kömək edəcək.

Kurs kimlər üçündür?

Sahibkarlar

Şirkət rəhbərləri

Menecerlər

Kursda nələri öyrənəcəm?

Şirkət üçün önəmli maliyyə hesabatları hazırlaya və analiz edə biləcək, biznesinizi daha dəqiq “görə” biləcəksiniz.

Gəlirlərə, xərclərə, alacaqlara və borclara effektli nəzarət sisteminiz olacaq

Vergi cərimələrindən və digər maliyyə risklərindən qoruna biləcəksiniz

Səliqəli uçot apara biləcək. Bu uçotla istədiyi məlumatı vaxtında tapa biləcəksiniz

Nağd pulu, dövriyyə vəsaitini daha effektiv və səmərəli şəkildə idarə edə biləcəksiniz

Şirkətin stabil fəaliyyəti üçün büdcə hazırlamağı bacaracaqsınız

Kursun proqramı

Maliyyə analyışı nədir və kimlər üçündür

  • Maliyyənin mahiyyəti
  • Maliyyə sistemi və onun təşkilati-strukturda mövqeyi
  • Hesabatçılıq
  • Uçot, uçotun daxildə təşkili və ya outsourcing
  • Daxili və kənar audit, əhəmiyyəti və vacibliyi

Müxabirləşmə

  • T hesabı
  • Jurnal üzrə daxiletmə, dövriyyə qalıq cədvəlinin formalaşması

Maliyyə hesabatları

  • Balans, balans bərabərliyi, balans maddələri

Maliyyə hesabatları

  • Mənfəət və Zərər, formalaşması, gəlir/xərc maddələri
  • Nağd pulun hərəkəti və Kapitalın dəyişikliyi haqqında hesabat

Maliyyə analizləri

  • Düsturlar (ratio), əmsalların hesablanması
  • Balans maddələrinin bir-biriləri ilə müqayisədə əhəmiyyəti, aktivlər öhdəliklərə qarşı
  • Balans maddələrinin bir-biriləri ilə müqayisədə əhəmiyyəti, aktivlər kapitala qarşı
  • Likvidliyin idarə olunması

Büdcə/proqnoz

  • Büdcənin mahiyyəti, vacibliyi və hazırlanmasında nəzərə alınan faktorlar
  • Büdcənin formalaşması, strukturlararası işin təşkili
  • Büdcənin növləri
  • Plan / Fakt

Vergi və digər Dövlət orqanları ilə münasibətlərin tənzimlənməsi

  • Vergi, növləri, şəxsi hesab vərəqi, vergi ilə münasibətlər
  • Vergi ilə formalaşan problemlər, onların həlli yolları, kameral, səyyar, operativ vergi yoxlamaları
  • Mərkəzi Bankın normativ-hüquqi aktları, fəaliyyətin tənzimlənməsinə təsiri
  • DSMF, Əmək müfəttişliyi ilə münasibətlər, əmək haqqı məsələləri

Ümumi məsələlər

  • Uçotun formalarındakı boşluqlar
  • Yerli uçot, MB uçotu və beynəlxalq uçot – müqayisəsi
  • Cari vergi tədbirləri
  • Riskli maliyyə əməliyyatları, praktiki maliyyə fırıldaqları

Kursun formatı

İştirakçı sayı

15

nəfər

Toplam

8

təlim

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

400 AZN
Qiymət 1 nəfər üçün nəzərdə tutulub

Ödənişə daxildir:

  • Coffee Break
  • Təlim materialları
  • Sertifikat

Təlimçilər

Vüsal Səlimov
maliyyə mütəxəssisi, təlimçi

Müştəri rəyləri