+99455

+994

Praktiki Satış Kursu

Kurs haqqında

Satış işinə və satış görüşlərinə necə hazırlaşmaq lazımdır, müştərilərin psixologiyası, davranış tərzləri, effektli ünsiyyət texnikaları, müştəri tələbatını aşkarlamaq və ya tələbatı yaratmaq, məhsul və xidmətlərin parlaq, təsirli təqdimatı, müştərilərin irəli sürdüyü etirazlarla effektli işləmə üsulları, satışı bitirmək qaydaları – bütün bunlar SAT Groupun artıq 8 ildir ki bazarımızda uğurla həyata keçirdiyi Praktiki Satış Kursunda qazanacağınız bilik və bacarıqlardır. Bu proqram həm yeni başlayanlara, həm də təcrübəli satış əməkdaşlarına faydalı olur. Təlimlərin praktik, aktiv müzakirə və qrup çalışmaları formatında keçməsi prosesi həm maraqlı, həm də effektli edir.

Kurs kimlər üçündür

Biznes danışıqları aparan şəxslər (Sahibkarlar, direktorlar və s.)

Satış mütəxəssisləri (B2C və B2B)

Satış rəhbərləri

Fərdi Sahibkarlar

Kursun faydaları

Satış performansının yüksəlməsi

Satışların artması (bəzən dəfələrlə)

Satışda rahatlıq və satış prosesindən zövq almaq

Kursun proqramı

  1. Satışa hazırlıq. Satışa təsir edən faktorlar. Satıcı tipləri. Müştəri psixoloji tipləri.
  2. Satışa hazırlıq. Saşda peşəkar olmaq üçün 4 inkişaf istiqaməti. Müştərini anlamaq bacarığı. Ekspert satışları. Satışda davamlılıq. Satış texnikaları.
  3. Müştəri ilə ünsiyyətin qurulması. Əsas ünsiyyət texnikaları. Keyfiyyətli ünsiyyətin 3 əsas şərti. Ünsiyyət bacarıqlarının inkişafı üçün çalışmalar.
  4. Müştərinin tələbatının aşkarlanması. Tələbat aşkarlama texnikaları. Tələbatın yaradılması. “Ağıllı suallar”, “Suallar sislsiləsi” çalışmaları.
  5. Məhsul və xidmətlərin təqdimatı. İstək yaradan təqdimatın hazırlanması və məşqi. Təqdimatda XFS düsturu və istək yaradan ifadələr.
  6. Təqdimatları gücləndirməyin üsulları. “Razı müştəri”, “mənfi motivasiya”, “Aksioma” və s. texnikalar.
  7. Müştəri etirazları ilə iş. Etirazların yaranma səbəbləri. Etirazla işləməyin üsulları. Etirazla iş skriptlərinin hazırlanması.
  8. Müştəri etirazları ilə iş. Praktik dərs. Etirazla iş texnikaları üzərində qrup çalışmaları, situasiya oyunları.
  9. Satışı bitirmə texnikaları.

Kursun formatı

İştirakçı sayı

12-15

nəfər

Toplam

9

təlim

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Təlimçilər

Azad Qəhrəmanov
SATIŞ MÜTƏXƏSSİSİ, TƏLİMÇİ
Murad Qəhrəmanlı
SATIŞ MÜTƏXƏSSİSİ, TƏLİMÇİ
Cəlalə Mustafayeva
SATIŞ MÜTƏXƏSSİSİ, TƏLİMÇİ
Sarvan Aslanov
Satış mütəxəssisi, Təlimçi

Müştəri rəyləri

Məlahət Məhərrəmova

SAT Group peşəkar təlimləri ilə bütün iştirakçıların uğurlu iş həyatında dərin izlər qoyur. Həqiqətən faydalı məlumatlar əldə etdik, möhtəşəm kollektivə təşəkkürlər!
Məlahət Məhərrəmova
Yelload

Rəşad İsmayılov

Zetron Telekom şirkətinin satış üzrə meneceriyəm və Sat Groupda Korporativ satış kursu və Praktiki satış kursu təlimlərində iştirak etmişəm. Satış sahəsində özünü inkişaf etdirmək istəyən hamıya səmim şəkildə bu kursları tövsiyə edirəm.Əla pozitiv və peşəkarlardan ibarət bir komandadır. Bütün təlimçilərə təşəkkür edirəm və SAT Group komandasına bol uğur azrulayıram.
Rəşad İsmayılov
Zetron Telekom, satış üzrə menecer

Nurani Allahverdiyev

Kursa qoşulmamışdan əvvəl satış təcrübəm o qədər də çox deyildi. Məndə olan primitiv bacarıqlarla daha böyük nailiyyətlər əldə edə bilədiyimi anladım. Bu səbəbdən kursa qoşulmaq qərarına gəldim. Bu addımı atmağımda peşman deyiləm. Kursa qoşulmaqla satış sahəsində məlumatlar əldə etdim. Bunlara daxildir kontaktın qurulması, davranış qaydaları və mənim ən çox xoşuma gələn müştəri etiraz etdikdə onu razı salmağın qaydalarını öyrəndim. Buna görə də SAT Groupa öz təşəkkürümü bildirirəm. Xüsusən də Azad müəllim və Sarvan müəllimə.
Nurani Allahverdiyev
Unibank, kredit mütəxəssisi