Praktiki Satış Kursu 2-ci mərhələ

Kurs haqqında

Satgroup şirkətinin Praktiki Satış Kursu adi təlimdən çox təlim – məşq topantısına bənzəyir. Belə ki, burada iştirakçılar sınaqdan çıxmış satış texnikalarını öyrənməklə yanaşı, yerindəcə onları tətbiq edir, məşq edir və özünküləşdirirlər. Çoxsaylı praktiki proseslər, yarışmalar, çəkişmələr və tapşırıqların sayəsində kurs ərzində verilən bilgilər maksimum həzm olunur. Dərhal nəticələr görünməyə başlanılır. Adətən iştirakçılar artıq kursun gedişatı müddətində satışlarında irəliləyişə nail olurlar.

Kurs kimlər üçündür

Satıcılar

Satış mütəxəssisləri

Satış rəhbərləri

Sahibkarlar

Şəxsi xidmətlərini təklif edən mütəxəssislər

Kursda nələri öyrənəcəm

Satışlarınızın artmasına nail olacaqsınız.

Hazırki müştərilərlə münasibətlərinizi möhkəmləndirəcəksiniz.

Yeni müştərilər qazanmağın yollarını öyrənəcəksiniz.

Kursun proqramı

Satışdan sonra.

  • Əlavə satış.
  • 3-7-21 qaydası – mövcud müştərilərin təqibi.
  • Müştəri narazılıqları ilə iş.

İmtinalarla iş.

  • Potensial müştərilərin təqib olunması sistemi və qaydaları.

Telefon danışıqları.

  • Soyuq zənglər.
  • Telefonla danışıq skriptlərinin hazırlanması.
  • İsti zənglər.

Potensial müştəri bazası.

  • Əhəmiyyəti.
  • Standart şirkət bazasından fərqi.
  • İstifadə qaydaları.
  • Real müştəri bazası.

Hədəflər.

  • 5 illik hədəfin qoyulması.
  • 1 illik hədəfin qoyulması.
  • Satış meneceri üçün daxili motivasiyanin yaradılması.
  • Aylıq plan.
  • Fəaliyyət planı hazırlanması.

Time – management.

  • Satış menecerinin gündəlik fəaliyyət planlaması.
  • İş həftəsinin planlaşdırılması.
  • Gündəliklə iş.

Kursun formatı

İştirakçı sayı

12

nəfər

Toplam

6

təlim

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

150 AZN
Qiymət 1 nəfər üçün nəzərdə tutulub

Ödənişə daxildir:

  • Coffee Break
  • Təlim materialları
  • Sertifikat

Təlimçilər

Azad Qəhrəmanov
Satış mütəxəssisi, Təlimçi
Sarvan Aslanov
Satış mütəxəssisi, Təlimçi
Murad Qəhrəmanlı
Satış mütəxəssisi, Təlimçi
Cəlalə Mustafayeva
Pedaqoq-metodist

Müştəri rəyləri

Məlahət Məhərrəmova

SAT Group peşəkar təlimləri ilə bütün iştirakçıların uğurlu iş həyatında dərin izlər qoyur. Həqiqətən faydalı məlumatlar əldə etdik, möhtəşəm kollektivə təşəkkürlər!
Məlahət Məhərrəmova
Yelload

Rəşad İsmayılov

Zetron Telekom şirkətinin satış üzrə meneceriyəm və Sat Groupda Korporativ satış kursu və Praktiki satış kursu təlimlərində iştirak etmişəm. Satış sahəsində özünü inkişaf etdirmək istəyən hamıya səmim şəkildə bu kursları tövsiyə edirəm.Əla pozitiv və peşəkarlardan ibarət bir komandadır. Bütün təlimçilərə təşəkkür edirəm və SAT Group komandasına bol uğur azrulayıram.
Rəşad İsmayılov
Zetron Telekom, satış üzrə menecer

Nurani Allahverdiyev

Kursa qoşulmamışdan əvvəl satış təcrübəm o qədər də çox deyildi. Məndə olan primitiv bacarıqlarla daha böyük nailiyyətlər əldə edə bilədiyimi anladım. Bu səbəbdən kursa qoşulmaq qərarına gəldim. Bu addımı atmağımda peşman deyiləm. Kursa qoşulmaqla satış sahəsində məlumatlar əldə etdim. Bunlara daxildir kontaktın qurulması, davranış qaydaları və mənim ən çox xoşuma gələn müştəri etiraz etdikdə onu razı salmağın qaydalarını öyrəndim. Buna görə də SAT Groupa öz təşəkkürümü bildirirəm. Xüsusən də Azad müəllim və Sarvan müəllimə.
Nurani Allahverdiyev
Unibank, kredit mütəxəssisi