Praktiki Satış Kursu 1-ci mərhələ

Kurs haqqında

Satgroup şirkətinin Praktiki Satış Kursu adi təlimdən çox təlim – məşq topantısına bənzəyir. Belə ki, burada iştirakçılar sınaqdan çıxmış satış texnikalarını öyrənməklə yanaşı, yerindəcə onları tətbiq edir, məşq edir və özünküləşdirirlər. Çoxsaylı praktiki proseslər, yarışmalar, çəkişmələr və tapşırıqların sayəsində kurs ərzində verilən bilgilər maksimum həzm olunur. Dərhal nəticələr görünməyə başlanılır. Adətən iştirakçılar artıq kursun gedişatı müddətində satışlarında irəliləyişə nail olurlar.

Kurs kimlər üçündür

Satıcılar

Satış mütəxəssisləri

Satış rəhbərləri

Sahibkarlar

Şəxsi xidmətlərini təklif edən mütəxəssislər

Kursda nələri öyrənəcəm

Satışlarınızın artmasına nail olacaqsınız.

Hazırki müştərilərlə münasibətlərinizi möhkəmləndirəcəksiniz.

Yeni müştərilər qazanmağın yollarını öyrənəcəksiniz.

Kursun proqramı

Müştəri psixologiyası.

  • Müştəri psixoloji tipləri.
  • Hər tipə uyğun yanaşma qaydaları.
  • Satıcı tipləri.
  • Düzgün mövqe seçimi.
  • Satış adamı üçün daimi inkişaf düsturu.

Baza hazırlıq.

  • 4 inkişaf istiqaməti.
  • Müştərini anlamaq bacarığı.
  • Müştəri qrupları, xarakteristikalar.
  • Ekspert olmaq.
  • Nəticəyə köklənmək.
  • Praktiki hissə: Müxtəlif müştəri qruplarının xarakteristikasının hazırlanması.

Müştəri ilə kontaktın qurulması.

  • 10 ünsiyyət texnikası.
  • Praktiki hissə: ünsiyyət texnikalarının praktiki tətbiqi.
  • “Başqasının dili ilə” məşqi.
  • “Səmimi Kompliment” məşqi.

Müştərinin tələbatının aşkarlanması.

  • Tələbatı aşkarlama texnikaları.
  • “Ağıllı suallar” tapşırığı.
  • Praktiki hissə: Tələbat akarlamaq çün sualların hazırlanması.

Məhsulun təqdim olunması.

  • “Faydaların dili ilə” tapşırığı.
  • İstək yaradan təqdimat.
  • Təqdimatın XFS düsturu.
  • Praktiki hissə: Təqdimat şablonlarının hazırlanması.
  • “Eskpert” təlimi.

Məhsulun təqdim olunması.

  • Təqdimatı gücləndirmə texnikaları.
  • “Mənfi motivasiya” texnikası.
  • “Niyə məhz biz?”
  • Praktiki hissə: Təqdimat cümlələrinin hazırlanması.
  • “Ekspert” təlimi.

Müştəri etirazlarının həll olunması.

  • Etirazların əsl səbəbləri.
  • Etirazlarla işin addımları.
  • “Kəskin döngə” texnikası.
  • Praktiki hissə: etirazla iş şablonlarının hazırlanması.
  • “Ekspert” təlimi.

Qiymət danışıqları.

  • Qiymətin təqdim olunma texnikası.
  • Qiymət əsaslandırması.
  • Qiymət etirazları ilə işləmə texnikaları.
  • Praktiki hissə: müxtəlif məhsullar üçün qiymət əsaslandırılmasının aparılması.

Satışın bitirilməsi.

  • Müştərini qərar verməyə sövq etmək üçün əsas texnikaları.
  • Satış söhbətinin tam formada məşqi.
  • “Eskpert” təlimi.

Kursun formatı

İştirakçı sayı

12

nəfər

Toplam

9

təlim

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

250 AZN
Qiymət 1 nəfər üçün nəzərdə tutulub

Ödənişə daxildir:

  • Coffee Break
  • Təlim materialları
  • Sertifikat

Təlimçilər

Azad Qəhrəmanov
Satış mütəxəssisi, Təlimçi
Sarvan Aslanov
Satış mütəxəssisi, Təlimçi
Murad Qəhrəmanlı
Satış mütəxəssisi, Təlimçi
Cəlalə Mustafayeva
Satış mütəxəssisi-təlimçi

Müştəri rəyləri

Məlahət Məhərrəmova

SAT Group peşəkar təlimləri ilə bütün iştirakçıların uğurlu iş həyatında dərin izlər qoyur. Həqiqətən faydalı məlumatlar əldə etdik, möhtəşəm kollektivə təşəkkürlər!
Məlahət Məhərrəmova
Yelload

Rəşad İsmayılov

Zetron Telekom şirkətinin satış üzrə meneceriyəm və Sat Groupda Korporativ satış kursu və Praktiki satış kursu təlimlərində iştirak etmişəm. Satış sahəsində özünü inkişaf etdirmək istəyən hamıya səmim şəkildə bu kursları tövsiyə edirəm.Əla pozitiv və peşəkarlardan ibarət bir komandadır. Bütün təlimçilərə təşəkkür edirəm və SAT Group komandasına bol uğur azrulayıram.
Rəşad İsmayılov
Zetron Telekom, satış üzrə menecer

Nurani Allahverdiyev

Kursa qoşulmamışdan əvvəl satış təcrübəm o qədər də çox deyildi. Məndə olan primitiv bacarıqlarla daha böyük nailiyyətlər əldə edə bilədiyimi anladım. Bu səbəbdən kursa qoşulmaq qərarına gəldim. Bu addımı atmağımda peşman deyiləm. Kursa qoşulmaqla satış sahəsində məlumatlar əldə etdim. Bunlara daxildir kontaktın qurulması, davranış qaydaları və mənim ən çox xoşuma gələn müştəri etiraz etdikdə onu razı salmağın qaydalarını öyrəndim. Buna görə də SAT Groupa öz təşəkkürümü bildirirəm. Xüsusən də Azad müəllim və Sarvan müəllimə.
Nurani Allahverdiyev
Unibank, kredit mütəxəssisi