Satgroup şirkətinin Praktiki Satış Kursu adi təlimdən çox təlim – məşq topantısına bənzəyir. Belə ki, burada iştirakçılar sınaqdan çıxmış satış texnikalarını öyrənməklə yanaşı, yerindəcə onları tətbiq edir, məşq edir və özünküləşdirirlər. Çoxsaylı praktiki proseslər, yarışmalar, çəkişmələr və tapşırıqların sayəsində kurs ərzində verilən bilgilər maksimum həzm olunur. Dərhal nəticələr görünməyə başlanılır. Adətən iştirakçılar artıq kursun gedişatı müddətində satışlarında irəliləyişə nail olurlar.