Təlim proqramı dünyanın tanınmış ticarət şəbəkələrinin təcrübələri əsasında, Azərbaycan bazarında uğurlu mağaza rəhbəri yetişdirməyə yönəlmişdir. Təlim proqramında tədris 3 ana istiqaməti əhatə edir:
Mağazaçılıq
idarəetmə sistemi
Personalın
yetişdirilməsi, idarə olunması
Satışları
artırmaq üçün marketinq alətləri
Kurs kimlər üçündür?
Mağaza rəhbərləri
Mağaza sahibləri
Mağaza satış rəhbərləri
Kursda nələri öyrənəcəm?
Mağazaya rəhbərliyin əsas prinsiplərinə yiyələnəcəksiniz;
Düzgün məhsul siyasəti, merçendayzinq prinsiplərini öyrənəcəksiniz;
Bazarı düzgün analiz etmək və imkanları aşkarlamaq bacarıqları;
Güclü satış komandası formalaşması;
Satış komandasının daimi inkişafı və yüksək motivasiyada işləməsi;
Effektli nəzarət – hesabatlılıq sisteminin olması. İdarəçilikdə rahatlıq və effektlilik;
Uğurlu satış sisteminin qurulması və ya satış sisteminin təkmilləşməsi;
Yeni gəlirli satış kanallarının yaradılması;
Satışların həm qısa müddətdə, həm də davamlı olaraq artması;
Satışın artırılması metodlarını Azərbaycan reallıqları əks edilməklə yiyələnəcəksiniz;
Kursun gedişatında digər iştirakçılarla yeni işgüzar əlaqələrin yaranması;
Kursun proqramı
Rəqabət üstünlüyü – hardan götürməli?
Hədəf auditoriya: sizin müştəri kimdir?
Mağazanın mövqelənməsi.
Müştəri ilə kontakt nöqtələrində satışın artırılması üçün 3 həlledici üsul.
Yeni müştərilərin cəlb olunması.
Kiçik xərcli manevrlər: kiçik xərclər sayəsində sürətli geri dönüşlər.
Orta çekin yüksəldilməsi.
Ziyarət tezliyinin artırılması.
Gəlir artımına hazırlıq. Məhsul matrisinin qurulması, mağaza rentabelliyinin artırılması.
Xərc çəkmədən müştəri haqda hər şeyi necə öyrənməli?
Kiçik xərcli marketinqin “son” məqsədi.
Satış qıfı – mağaza marketinqinin idarə olunmasının sistemi kimi. Onun genişləndirilməsi üsulları.
Brendinq: Mağaza brendi və məhsul brendi.
Satış personalı seçimi, kriteriyalar, seçim prosesi.
Satıcı tipləri. Potensiallı satıcı kimdir?
Hardan tapmalı? Seçim prosesi.
Seçim kriteriyaları. “İntervyu” treninqi.
Satış personalının yetişdirilməsi.
Yeni satış nümayəndəsinin işə tam qoşulmasına qədər olan addımlar
Məhsul bilgisi. Rəqiblər və alternativlər haqda bilginin toplanması
Yeni satıcıda satış bilikləri və bacarıqlarının formalaşdırılması
Daimi inkişaf mərkəzi – təcrübə bölgüsü. Öyrədici və təkmilləşdirici toplantılar
İş başında təlim.
Satış rəhbəri və personal münasibətləri.
Liderlik.Satış rəhbəri tipləri (diktator, peşəkar dost və qayğıkeş ana)
Liderliyinin 10 prinsipi
Satıcıları daim yüksək motivasiyada saxlamaq üçün 5 üsul
Düzgün tənqid etmə metodu. “əks əlaqə” təlimi
Düzgün satış planlarının qoyulması.
İşçilərin işinin effektivliyinin ölçülməsi.
Effektiv Bonus sistemi.
İşin planlanması və nəzarəti (iclaslar, vaxtın idarə olunması və s.).
İş bölgüsü və koordinasiyası.
Mağaza marketinqinin əsas prinsipləri və çərçivəsi.
Satışı artıran alətlərin düzgün seçilməsi
Kampaniyaların formaları, planlanması, icrası və ölçülməsi qaydaları
Merçendayzinq
Düzgün qiymət siyasəti – rəf qiyməti, endirim, bonus və s.
Məhsul siyasəti – məhsul portfeli, məhsul çeşidinin effektiv idarə olunması
Müştəri xidmətinin keyfiyyəti, xidmət standartları, CRM
Müştərilərin gözləntiləri və xidmət imkanları
Mağazada xidmətin keyfiyyətinin qiymətləndirilməsi və nəzarət olunması metodları. Müştəridən əks əlaqə metodu, “Gizli müştəri” metodu və s.
Çarpaz satışların düzgün təşkili.
Kursun formatı
İştirakçı sayı
15
nəfər
Toplam təlim
18
saat
Toplam
3
təlim olmaqla
Təlimlərdə
100%
izahat, praktiki tapşırıqlar, komanda ilə iş
Təlimçilər
AnarBayramov
PROFESSIONAL MANAGER, BUSINESS COACH, BUSINESS CONSULTANT
İlkinManafov
MARKETER, BUSINESS COACH, BLOGGER, BUSINESS CONSULTANT
RafiqHunaltay
MARKETER, BUSINESS COACH, BLOGGER, BUSINESS CONSULTANT
AzadGahramanov
SALES EXPERT, TRAINER
Müştəri rəyləri
Toğrul
Mən “Antaris” şirkətinin nümayəndəsi olaraq “Sat Group” kursuna qatıldım. 3 günlük kurs müddətində maksimum biliklərə yiyələnməyə çalışdım və bunun illərdir qazandığım təcrübəyə daha da effektiv təsir edəcəyinə heç şübhəm yoxdur. Təlim təşkiledicilərinə, başda Azad bəy olmaqla bütün idarə heyətinə, eləcə də seminar keçən bütün müəllimlərə və təlim iştirakçılarına öz təşəkkürümü bildirirəm. Hamıya öz karyerasında müvəffəqiyyətli olmağı arzu edirəm.
Toğrul
Antaris şirkəti
Müşviq Rüstəmov
SAT Group ilə artıq biz uzun müddətdir əməkdaşlıq edirik. Bir çox təlimlərə qoşulmuşuq. Bu təlim də mənim üçün çox maraqlı oldu. Mağazada satış və idarəetmə sisteminin quruluşu bucür təlimlər çox gözlənilməz olur mənim üçün. Çünki uzun müddət mağaza idarəçiliymdə bir çox şeyləri bildiyimi bilirdim. Amma bu kursda əmin oldum ki, yox. Demək olar ki, bir çox şeyləri biz bilmirik. Burda satış texnikası, rəqabət strategiyası, satışın artırılması üçün bir çox nüanslar, satış menecerinin yetişdirilməsində bir çox fəndlər. Bu və digər biliklərə yiyələndik. Düşünürəm ki, biznes sektorunda çalışdıqca daim öz üzərimizdə çalışmalıyıq. Həyat bunu bizə vadar edir. Nə qədər çox çalışsaq bir o qədər çox uğurlara imza atarıq.
Müşviq Rüstəmov
Notepal, direktor
Samir Səmədov
SAT Group şirkətinin təşkil etdiyi ikinci təlimdir ki, biz iştirak edirik. Çox dəqiq və səlis məlumatlar ala bildik. Bu aldığımız məlumatlarla gələcək fəaliyyətimizdə böyük uğurlar qazanmağa çalışacayıq. Çox kömək olacaq bizə.