Uğurlu idarəçi olmaq üçün həm şəxsi keyfiyyətlərə, həm də xüsusi biliklərə, metodlara, sistemlərə ehtiyac var. Sat Groupun həyata keçirdiyi Peşəkar İdarəçilik Kursu şirkətlərdə çalışan müxtəlif ranqlı rəhbərlər və sahibkarlar üçün hazırlanmışdır. Bu kurs idarəçilik sənətinin əsas elementlərinə 8 təlim içində sahiblənmək və 1 ay müddətində öz işində müsbət dəyişikliklər yaratmaq üçün əla imkandır.
İşdə effektiv kommunikasiyanın əhəmiyyəti və zəif kommunikasiyanın təsirləri; Kommunikasiya ilə bağlı maneələr və onların dəf edilməsi metodları
İş yerində effektiv Kommunikasıyanın təmin edilməsi yolları; Qeyri şifahi kommunikasiya Bədən dili və səs tonu
Konfliklərin növləri və onların həlli üçün xüsusi strategiyalar; Thomas Klimann – Konfliktlərin müəyyən edilməsi və onların idarəedilməsi; Komanda daxilində olan konfliktlərin idarəedilməsi