Peşəkar İdarəçilik Kursu

Kurs haqqında

Uğurlu idarəçi olmaq üçün həm şəxsi keyfiyyətlərə, həm də xüsusi biliklərə, metodlara, sistemlərə ehtiyac var. Sat Groupun həyata keçirdiyi Peşəkar İdarəçilik Kursu şirkətlərdə çalışan müxtəlif ranqlı rəhbərlər və sahibkarlar üçün hazırlanmışdır. Bu kurs idarəçilik sənətinin əsas elementlərinə 8 təlim içində sahiblənmək və 1 ay müddətində öz işində müsbət dəyişikliklər yaratmaq üçün əla imkandır.

Kurs kimlər üçündür?

Şirkət rəhbərləri

Satış rəhbərləri

Marketinq direktorları

Sahibkarlar

Kursda nələri öyrənəcəm

İdarəçilik haqqında əsas prinsiplər öyrədilir, ``yaxşı idarəçilik necə olur?`` sualına cavab tapılır. Balanslı idarəçiliyin necə həyata keçirilməli olduğu öyrədilir.

İdarəçiliyin əsas funksiyası olan ``planlama`` praktiki misallarla izah olunur. Sistemli, planlı işləməyin qaydası öyrədilir. Qərarvermə prosesi, keyfiyyətli qərarların verilməsi izah olunur.

İşçilərin potensialından maksimum effektiv istifadə etməyin yolları öyrədilir. Yaxşı iş mühitinin yaradılması, işəgötürən brendinin inkişaf etdirilməsi yolları, işçilərin daim motivasiyada saxlamaqla məhsuldarlığın artırılması ətraflı izah olunur.

Menecerin (rəhbərin) tabeliyindəki işçilərlə münasibətlərin necə qurulmalı olduğu öyrədilir.

Şirkətin strategiyasının hazırlanması addım-addım öyrədilir. Eyni zamanda idarəetməyə strateji yanaşma və onun əhəmiyyəti izah olunur.

Bütün menecerlər üçün lazım olan HR funksiyası izah olunur. Performan menecment sistemi vasitəsilə işçilərin şirkətin hədəflərinə doğru daha effektiv şəkildə köklənilməsinin yolları öyrədilir.

Biznesin məlumatlarının yüksək səviyyədə emal olunaraq keyfiyyətli qərarlar verilməsi yolları öyrədilir.

Ev tapşırığı olaraq qruplar bir şirkətin strategiyasını hazırlayıb təqdim edirlər.

Biznesdə dəyişiklikləri daha ağrısız və şirkətin mənafeyinə uyğun olaraq həyata keçirməyin yolları öyrədilir.

Şirkətin işləmə forması, biznes proseslərin təşkili, effektiv və səmərəli biznes modelin ortaya çıxarılması öyrədilir.

Şirkət rəhbərinə lazım olan səviyyədə satışın idarə olunması, effektiv satış sisteminin qurulması təqdim olunur.

Kursun proqramı

İdarəçiliyin baza prinsipləri.

Liderlik, işçilərin motivasiyası.

Rəhbər işçi münasibətləri, səlahiyyətlərin verilməsi.

Planlama, hədəflərin qoyulması, vaxt planlaması.

Strateji idarəetmə.

Performans menecmenti.

Dəyişikliklərin idarə olunması, qərarvermə prosesi.

Biznes model, HR sistemi, satışların idarə olunması.

Kursun formatı

İştirakçı sayı

25

nəfər

Toplam

8

təlim

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

450 AZN
Qiymət 1 nəfər üçün nəzərdə tutulub

Ödənişə daxildir:

  • Coffee Break
  • Təlim materialları
  • Sertifikat

Təlimçilər

Anar Bayramov
marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant

Müştəri rəyləri

Sərxan Quliyev

Anar bəylə danışdıqdan sonra elə düşünürsənki, biznes elə asandırki və sən bunu super bacarırsan. Amma əslində bu işlər onun üçün asandır və satış işinin müstəsna adamı olduğunun göstəricisidir. Şəxsən bizim şirkətdə Anar bəyin sıradan, dərin düşünmədən etdiyi təkliflərlə 15% satışı artıra bilmişik. Təşəkkürlər.
Sərxan Quliyev
Superfon, sahibkar

Elnur Mahmudzadə

Düşünürəm ki, kiçik sahibkarlıqla məşğul olan hər bir kəs bu kursu mütləq keçməlidir. Bu kurs vasitəsi ilə siz hal-hazırki durumunuzu təhlil edə bilə, normal bir şirkətdə nələrin olmalı olduğunu anlaya və sizin şirkətdə bunlardan hansının olub olmadığını başa düşə biləcəksiniz. Bəzi məsələlər barədə dumanlı fikirləriniz aydınlanacaq. Əgər bu öyrəndiklərinizi biznesinizdə tətbiq edə bilsəniz nə mutlu sizə.
Elnur Mahmudzadə
FlameTour&Travel DMC, CEO

Tural Dünyamalıyev

Anar müəlliin təqdimatında keçirilən Peşəkar İdarəçilik kursu tək kəlimə ilə mükəmməl idi. Peşəkar işçilər sayəsində hər şey dörd dördlük idi.
Tural Dünyamalıyev
ARGE Group, Direktor