Peşəkar İdarəçilik kursu

Kurs haqqında

Uğurlu idarəçi olmaq üçün həm şəxsi keyfiyyətlərə, həm də xüsusi biliklərə, metodlara, sistemlərə ehtiyac var. Sat Groupun həyata keçirdiyi Peşəkar İdarəçilik Kursu şirkətlərdə çalışan müxtəlif ranqlı rəhbərlər və sahibkarlar üçün hazırlanmışdır. Bu kurs idarəçilik sənətinin əsas elementlərinə 8 təlim içində sahiblənmək və 1 ay müddətində öz işində müsbət dəyişikliklər yaratmaq üçün əla imkandır.

Kurs kimlər üçündür?

Kiçik, orta və top menecerlər

Satış rəhbərləri

Marketinq direktorları

Sahibkarlar

Kursda nələri öyrənəcəm

İdarəçilik haqqında əsas prinsiplərin öyrənilməsi

Sistemli, planlı işləmə qaydalarının öyrənilməsi

Performansın idarə olunması, komanda quruculuğu

Planlama və təşkilatçılıq

Düzgün kommunikasiya, konfliktlərin idarə olunması

İş yerində motivasiya tədbirləri

Kursun proqramı

İdarəetmənin əsasları və Liderlik

  • Sizin rolunuz; Liderlik və Menecerlik arasındakı fərq və hər biri üçün etməli olduqlarınız; Liderlik tərzinin növləri – onlardan  istifadə və fərdlər üzərində mümkün təsirləri və nəticələr

İdarəetmənin əsasları və Liderlik

  • Şəxsi liderlik tərzinin müəyyən olunması və onun inkişaf etdirilməsi; Komanda daxilində etibarın və hörmətin formalaşdırılması; Fəaliyyət yönümlü liderlik; Menecerlik və liderlik fəaliyyətinizə zərbə vuran əsas məqamlar

Komanda quruculuğu, Kouçinq

  • Komandaların xüsusiyyətləri; Komandanın rolunun müəyyən olunması (Belbin), menecerlərin üçün praktiki tədbirlər; Sinerji və ondan istifadə; Böyük komandanın tərkib hissəsi olmaq; İş mühitinə uyğun kouçinq bacarıqları; Öyrənmə öyrətmə metodları və hər bir fərd üçün müfaviq metodun seçilməsi; GROW kouçing modeli

Motivasiya

  • İş yerində motivasiya tədbirləri; İnsanlardan daha yaxşı nəticə almaq üçün motivasiya strategiyaları və metodları; Çətin xarakterli insanların idarəolunması və motivasiyası; Fərdi motivasiya və komanda 

İşlərin ötürülməsi, geri məlumatlandırma

  • İşlərin ötürülməsinin növləri; İş ötürülməsinin metod və strategiyaları; Öz iş yükünüzü analiz etməklə hansı işinizi ötürməli olduğunuzu müəyyən edin; Kommunikasiyanın və performasnın inkişaf etdirilməsində geri məlumatlandırmanın önəmi; Geri məlumatlandırmanın növləri (visual, yazılı, sözlü, aura ilə); Geri məlumatlandırma metodlarından istifadə (formal/qeyri formal, müsbət/mənfi,); Şəxsi performansın artırılması üçün digərlərindən geri məlumatlandırmanın alınması 

Kommunikasiya

İşdə effektiv kommunikasiyanın əhəmiyyəti və zəif kommunikasiyanın təsirləri; Kommunikasiya ilə bağlı maneələr və onların dəf edilməsi metodları

İş yerində effektiv Kommunikasıyanın təmin edilməsi yolları; Qeyri şifahi kommunikasiya Bədən dili və səs tonu

Konsfliktlərin idarəolunması

Konfliklərin növləri və onların həlli üçün xüsusi strategiyalar; Thomas Klimann – Konfliktlərin müəyyən edilməsi və onların idarəedilməsi; Komanda daxilində olan konfliktlərin idarəedilməsi

Planlama və təşkilatçılıq

  • SMART hədəflərin müəyyən edilməsi; İşlərin prioritetlərə görə görülməsi. Təcili və önəmli işlər; Planlama və monitorinq metodlarının tətbiqi; İşlərin təşkili və planlaşdırılması; Vaxt aparan işlərin analizi və onların idarə edilməsi

Kursun formatı

İştirakçı sayı

15

nəfər

Toplam

9

təlim

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

400 AZN
Qiymət 1 nəfər üçün nəzərdə tutulub

Ödənişə daxildir:

  • Coffee Break
  • Təlim materialları
  • Sertifikat

Təlimçilər

Dəyanət Ağayev
Peşəkar menecer, biznes təlimçi

Müştəri rəyləri

Sərxan Quliyev

Anar bəylə danışdıqdan sonra elə düşünürsənki, biznes elə asandırki və sən bunu super bacarırsan. Amma əslində bu işlər onun üçün asandır və satış işinin müstəsna adamı olduğunun göstəricisidir. Şəxsən bizim şirkətdə Anar bəyin sıradan, dərin düşünmədən etdiyi təkliflərlə 15% satışı artıra bilmişik. Təşəkkürlər.
Sərxan Quliyev
Superfon, sahibkar

Elnur Mahmudzadə

Düşünürəm ki, kiçik sahibkarlıqla məşğul olan hər bir kəs bu kursu mütləq keçməlidir. Bu kurs vasitəsi ilə siz hal-hazırki durumunuzu təhlil edə bilə, normal bir şirkətdə nələrin olmalı olduğunu anlaya və sizin şirkətdə bunlardan hansının olub olmadığını başa düşə biləcəksiniz. Bəzi məsələlər barədə dumanlı fikirləriniz aydınlanacaq. Əgər bu öyrəndiklərinizi biznesinizdə tətbiq edə bilsəniz nə mutlu sizə.
Elnur Mahmudzadə
FlameTour&Travel DMC, CEO

Tural Dünyamalıyev

Anar müəlliin təqdimatında keçirilən Peşəkar İdarəçilik kursu tək kəlimə ilə mükəmməl idi. Peşəkar işçilər sayəsində hər şey dörd dördlük idi.
Tural Dünyamalıyev
ARGE Group, Direktor