Marketinq Araşdırmaları Kursu

Kurs haqqında

Biznesdə uğur atılmış addımların, verilmiş qərarların düzgünlüyündən asılıdır. Sahibkarın, rəhbər şəxsin doğru qərarlar verməsi üçün isə mütləq bazar, rəqiblər, müştərilər, müştərilərin fikir və münasibətləri haqda dəqiq məlumatları olması gərəkir.

Biznesi yalnız intuisiya ilə deyil real faktlar üzərindən qurmaq sonucda daha az xərclə daha böyük inkişafa nail olmağa, satışları sürətlə artırmağa imkan verir.

Marketinq araşdırmaları kursu sizə bazarı, rəqiblərinizi, müştərilərinizi daha dəqiq öyrənməyiniz və sonradan bu bilgiləri işinizdə effektli istifadə etməniz üçün çox saylı alətlər verəcək.

Kurs kimlər üçündür?

Şirkət rəhbərləri

Sahibkarlar

Marketinq / Satış rəhbərləri

Marketinq mütəxəssisləri

Kursda nələri öyrənəcəm?

Şirkətin ümumi strategiyasının qurulması üçün imkan və risklərin müəyyən edilməsi

Rəqabət mühitinin araşdırılması, rəqib imkanlarının müəyyən edilməsi. Rəqabətdə çeviklik və güclü olmaq imkanı.

Satışa yönəlmiş reklam kampaniyaların effektivliyinin yüksəlməsi

Həyata keçirilmiş addımların effektivliyinin ölçülə bilməsi

Xidmət səviyyəsinin artırılması üçün effektli yoxlamalar və analizlər

Müştəri tələbatlarının dəqiq müəyyən edilməsi

Effektli brendinq və çoxsaylı müştərilər ilə əlaqələrin yaradılması

Müştəri mənmuniyyətinin və istəklərinin ölçülməsi, müştəri məmnuniyyətinin yüksəldilməsi

Kursun proqramı

Marketinq araşdırmaları nədir?

  • Marketinqin əsas məqsədlərindən biri. Nə üçün araşdırmalıyıq?
  • Dünya və Azərbaycanda marketinq araşdırmaları. Düz edənlər necə edir?
  • Araşdırma keçirilməməsinin fəsadları. Uğursuz biznesin bir nömrəli səbəbi nədir?
  • Araşdırma etməyə nə vaxt ehtiyac yaranır? Marketinq araşdırmasına ehtiyacı nədən müəyyən edək?
  • Araşdırma prosesi
  • Araşdırma metodları
  • Araşdırma növləri

Marketinqin analitik funksiyası

  • Marketinq analizinin strukturu
  • Daha dəyərli məhsulların müəyyən edilməsi. ABC analiz – vacib olana fokuslanmaq.
  • Biznesin güclü və zəif tərəflərinin müəyyən edilməsi. SWOT analiz – şirkətin inkişaf strategiyasının əsası.

Rəqabət mühiti və məhsulların araşdırması

  • Bazar həcminin müəyyən edilməsi. Nə qədər sata bilərik?
  • Rəqabət mühitinin araşdırılması. “Porterin 5 gücü” – rəqiblərlə necə davranmalı?
  • SNW analiz
  • PEST-analiz
  • Məhsul şərtlərinin monitorinqi – bazardan daim xəbərdar olmanın üsulları.

İşə başlamadan araşdırma, inisiasiya fazası

  • Mövqelənmə araşdırması. Müəssisə doğru inkişaf istiqamətindədir?
  • Brand Awareness. Brend nə dərəcədə tanınır?
  • Müştəri portretinin müəyyən edilməsi. Müştəri qazanmaq üçün onu tanımaq lazımdır.
  • Hədəf qrupunun müəyyən edilməsi. Necə edək ki addımlar hədəf qrupuna çatdırılsın?
  • İstehlakçı tərəfindən qərar verilmə. Müştəri nəyə əsasən qərar verir.
  • Satış proqnozlaşdırılması.

Məhsul / Xidmət hazırlanması zamanı araşdırmalar

  • Qiymətqoyma. Qiymət nəyə əsasən təyin edilməli?
  • Qiymətin yumşaq idarəolunması. “Price elasticity research”.
  • Konseptin testləşdirilməsi. Məhsul konseptinin seçimindən necə əmin olaq?
  • Brend adının və xüsusiyyətlərinin testləşdirməsi – müştərinin münasibətini necə öyrənək?

Satış və istehsal zamanı araşdırmaların həyata keçirilməsi

  • Gizli müştəri (Mystery shopping). Biznesin xidmət səviyyəsindən xəbərli olun.
  • Satış nöqtələrinin auditi.
  • Müştəri məmnuniyyəti sorğusu. Müştəriləriniz nədən narazıdır?
  • Müştəri məmnuniyyəti indeksi.
  • İşinizin ən vacib göstəricisi – NPS.

Effektivliyin ölçülməsi

  • Marketinq effektivliyinin ölçülməsi.
  • Sərmayənin qayıdışı, “ROI” əmsalı

Marketinq araşdırmaları nəticələrinin tətbiq edilməsi

  • Analiz etmək üçün araşdırma alətlərinin seçilməsi
  • Araşdırma şirkətləri ilə effektiv fəaliyyət
  • Big Data
  • Araşdırmadan strategiyaya
  • Gələn illərin effektiv strategiyasının qurulması

Kursun formatı

İştirakçı sayı

15

nəfər

Toplam

8

təlim

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

350 AZN
Qiymət 1 nəfər üçün nəzərdə tutulub

Ödənişə daxildir:

  • Coffee Break
  • Təlim materialları
  • Sertifikat

Təlimçilər

Tural Həsənli
marketoloq, araşdırmaçı

Müştəri rəyləri

İlqar Şirinov

Veysəloğlu Qrup`da Bazar Araşdırması üzrə mütəxəssis vəzifəsində çalışıram və Sat Groupda Marketinq Araşdırmaları kursu təlimlərində iştirak etmişəm. Araşdırma sahəsində özünü inkişaf etdirmək istəyən hamıya səmimi şəkildə bu kursları tövsiyyə edirəm. Əla, pozitiv və peşəkarlardan ibarət bir komandadır. Təlimçi Tural Həsənova təşəkkür edirəm və SAT Group komandasına bol uğur azrulayıram.
İlqar Şirinov
Veysəloğlu, Bazar araşdırması üzrə mütəxəssis

Zamin Qasımov

Məncə bugünə kimi təlimlərinizə gələn hər kəsə bu yeni təlimi bildirin.
Zamin Qasımov
Nabucco şirkəti, Satış və marketinq meneceri