Marketinq AİR Kursları

Kurs haqqında

“Azərbaycanda ilk praktik marketinq seminarı olaraq fəaliyyət göstərən “Marketing AİR” oktyabr ayının 10-dan etibarən yenidən təlimlərə start verir. Xatırladaq ki, son 7 ildə artıq 14 belə praktik marketinq təlimləri keçirilmiş və indiyədək 500-dən çox məzunu olmuşdur. Təlimlərin konsepsiyası dörd amilin üzərində dayanır. Belə ki, bu təlimlərdə Biznes, İdarəetmə, Marketinq və Praktik yanaşma üzərində tədris həyata keçiriləcəkdir. Təlimlərdə 20 seminar olmaqla 4 əsas mövzu əhatə edilir. Bu mövzularda Biznesin yaradılma alqoritmi, idarəetmə prosesində olan məsələlər və Marketinq tədris ediləcəkdir. Həmçinin təlimlər zamanı Azərbaycan şirkətlərinin top menecerləri tərəfindən sırf praktikaya əsaslanan 5 masterklass nəzərdə tutulmuşdur. Kursun əsas təlimçiləri İlkin Manafov, Anar Bayramov və Rafiq Vəliyev zəngin marketinq və idarəçilik təcrübəsi olan, bu sahədə dərin biliklərə sahib mütəxəssislərdilər.”

Kurs kimlər üçündür

Marketinq mütəxəssisləri

Müxtəlif ranqlardan olan menecerlər

Sahibkarlar

Satış mütəxəssisləri

Marketinq sahəsində karyera qurmaq istəyənlər

Kursda nələri öyrənəcəm?

Marketinq biliklərinin artırılması

İdarəçilik biliklərinin artırılması

Yerli bazarın xüsusiyyətləri ilə yaxından tanışlıq

Biznesinizə müştəri axını yaradacaq və bu müştərilərin sizə sadiq qalmasını təmin edəcək metod, qayda və alətlərlə tanışlıq

Marketinqdə olan qlobal trendlərlə tanışlıq və onların Azərbaycanda istifadəsi perspektivlərinin öyrənilməsi

Uğurlu marketinq və idarəçilik mütəxəssisləri ilə tanışlıq

Azərbaycanın aparıcı şirkətlərinin nümayəndələri ilə əlaqələrin yaranması

Kursun proqramı

STRATEJİ MARKETİNQ, STRATEJİ İDARƏETMƏ

  • Marketinq – biznesin əsası kimi
  • Marketinq strategiyası
  • Biznes diaqnostika
  • Biznesdə fərq yaradan əsas marketinq və menecment alətləri
  • Turnaround – biznesin bataqlıqdan çıxarılması

BREND İDARƏETMƏ

  • Brendinq
  • Brend strategiyasının hazırlanması
  • Brend arxitekturası
  • Brendin yaradılması, brend kommunikasiya
  • Brend yaradılması haqda təqdimatlar (praktiki iş)

MARKETİNQ KOMMUNİKASİYALARI

  • Marketinq Kommunikasiyası, kommunikasiya planı
  • Reklamın psixoloji aspektləri
  • Kampaniyaların planlanması, effektivliyi və icrası
  • Satış drayverlərinin multiplier effekti, satış planlaması
  • Satış və marketinq alətləri

DİGƏR MÖVZULAR

  • Marketinq araşdırmaları
  • Marketinqin ölçülməsi, KPİ-ların ölçülməsi
  • Digital Marketinq alətləri
  • SMM planlama, effektiv SMM idarəçiliyi
  • Digital marketinqda yeni trendlər

Kursun formatı

İştirakçı sayı

35

nəfər

Toplam

20

təlim

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

400 AZN
Qiymət 1 nəfər üçün nəzərdə tutulub

Ödənişə daxildir:

  • Coffee Break
  • Təlim materialları
  • Sertifikat

Təlimçilər

Anar Bayramov
marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant
İlkin Manafov
marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant
Rafiq Hunaltay
marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Müştəri Rəyləri

Səadət Rəhimova

Marketing Air təliminə qatılmaqla çox sayda yeni strategiyalar, maraqlı məlumatlar və yeni tanışlıqlar əldə etdim.Bu səbəbdən Sat Group sizə təşəkkür edirəm.
Səadət Rəhimova
Mayomed Medical, Menecer

İlkin Mirzəzadə

Gözəl kollektivi olan, hərşeyi yüksək səviyyədə həyata keçirən Sat Group şirkətinə və komandasına sonsuz təşəkkürlərimi bildirirəm! Daima özünü inkişaf etdirmək istəyən, satış və marketinq sahəsində biliklərini artırmaq istəyən dostlarıma tövsiyyə edəcəyim biryerdi! Təşəkkürlər Sat Group!
İlkin Mirzəzadə
Kasko butik, Satış meneceri

Nicat Əliyev

The professional and creative team, I got unforgettable great experience in marketing field. ( Marketing AIR 12) Thank You SAT Team. Good Luck!
Nicat Əliyev
NRT Reise, Rəhbər