Mağaza İdarəçilik Kursu

Kurs haqqında

Təlim proqramı dünyanın tanınmış ticarət şəbəkələrinin təcrübələri əsasında, Azərbaycan bazarında uğurlu mağaza rəhbəri yetişdirməyə yönəlmişdir. Təlim proqramında tədris 3 ana istiqaməti əhatə edir:

Mağazaçılıq

idarəetmə sistemi

Personalın

yetişdirilməsi, idarə olunması

Satışları

artırmaq üçün marketinq alətləri

Kurs kimlər üçündür?

Mağaza rəhbərləri

Mağaza sahibləri

Mağaza satış rəhbərləri

Kursda nələri öyrənəcəm?

Mağazaya rəhbərliyin əsas prinsiplərinə yiyələnəcəksiniz;

Düzgün məhsul siyasəti, merçendayzinq prinsiplərini öyrənəcəksiniz;

Bazarı düzgün analiz etmək və imkanları aşkarlamaq bacarıqları;

Güclü satış komandası formalaşması;

Satış komandasının daimi inkişafı və yüksək motivasiyada işləməsi;

Effektli nəzarət – hesabatlılıq sisteminin olması. İdarəçilikdə rahatlıq və effektlilik;

Uğurlu satış sisteminin qurulması və ya satış sisteminin təkmilləşməsi;

Yeni gəlirli satış kanallarının yaradılması;

Satışların həm qısa müddətdə, həm də davamlı olaraq artması;

Müştəri məmnunluğunu artırma alətlərinə sahiblənəcəksiniz;

Satışın artırılması metodlarını Azərbaycan reallıqları əks edilməklə yiyələnəcəksiniz;

Kursun gedişatında digər iştirakçılarla yeni işgüzar əlaqələrin yaranması;

Kursun proqramı

Rəqabət üstünlüyü – hardan götürməli?

Hədəf auditoriya: sizin müştəri kimdir?

Mağazanın mövqelənməsi.

Müştəri ilə kontakt nöqtələrində satışın artırılması üçün 3 həlledici üsul.

Yeni müştərilərin cəlb olunması.

Kiçik xərcli manevrlər: kiçik xərclər sayəsində sürətli geri dönüşlər.

Orta çekin yüksəldilməsi.

Ziyarət tezliyinin artırılması.

Gəlir artımına hazırlıq. Məhsul matrisinin qurulması, mağaza rentabelliyinin artırılması.

Xərc çəkmədən müştəri haqda hər şeyi necə öyrənməli?

Kiçik xərcli marketinqin “son” məqsədi.

Satış qıfı – mağaza marketinqinin idarə olunmasının sistemi kimi. Onun genişləndirilməsi üsulları.

Brendinq: Mağaza brendi və məhsul brendi.

Satış personalı seçimi, kriteriyalar, seçim prosesi.

  • Satıcı tipləri. Potensiallı satıcı kimdir?
  • Hardan tapmalı? Seçim prosesi.
  • Seçim kriteriyaları. “İntervyu” treninqi.

Satış personalının yetişdirilməsi.

  • Yeni satış nümayəndəsinin işə tam qoşulmasına qədər olan addımlar
  • Məhsul bilgisi. Rəqiblər və alternativlər haqda bilginin toplanması
  • Yeni satıcıda satış bilikləri və bacarıqlarının formalaşdırılması
  • Daimi inkişaf mərkəzi – təcrübə bölgüsü. Öyrədici və təkmilləşdirici toplantılar
  • İş başında təlim.

Satış rəhbəri və personal münasibətləri.

  • Liderlik.Satış rəhbəri tipləri (diktator, peşəkar dost və qayğıkeş ana)
  • Liderliyinin 10 prinsipi
  • Satıcıları daim yüksək motivasiyada saxlamaq üçün 5 üsul
  • Düzgün tənqid etmə metodu. “əks əlaqə” təlimi

Düzgün satış planlarının qoyulması.

İşçilərin işinin effektivliyinin ölçülməsi.

Effektiv Bonus sistemi.

İşin planlanması və nəzarəti (iclaslar, vaxtın idarə olunması və s.).

İş bölgüsü və koordinasiyası.

Mağaza marketinqinin əsas prinsipləri və çərçivəsi.

  • Satışı artıran alətlərin düzgün seçilməsi
  • Kampaniyaların formaları, planlanması, icrası və ölçülməsi qaydaları
  • Merçendayzinq
  • Düzgün qiymət siyasəti – rəf qiyməti, endirim, bonus və s.
  • Məhsul siyasəti – məhsul portfeli, məhsul çeşidinin effektiv idarə olunması
  • Müştəri xidmətinin keyfiyyəti, xidmət standartları, CRM
  • Müştərilərin gözləntiləri və xidmət imkanları
  • Mağazada xidmətin keyfiyyətinin qiymətləndirilməsi və nəzarət olunması metodları. Müştəridən əks əlaqə metodu, “Gizli müştəri” metodu və s.
  • Çarpaz satışların düzgün təşkili.

Kursun formatı

İştirakçı sayı

15

nəfər

Toplam təlim

18

saat

Toplam

3

təlim olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Təlimçilər

Anar Bayramov
marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant
İlkin Manafov
marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant
Rafiq Hunaltay
marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant
Azad Qəhrəmanov
satış mütəxəssisi, təlimçi

Müştəri rəyləri

Toğrul

Mən “Antaris” şirkətinin nümayəndəsi olaraq “Sat Group” kursuna qatıldım. 3 günlük kurs müddətində maksimum biliklərə yiyələnməyə çalışdım və bunun illərdir qazandığım təcrübəyə daha da effektiv təsir edəcəyinə heç şübhəm yoxdur. Təlim təşkiledicilərinə, başda Azad bəy olmaqla bütün idarə heyətinə, eləcə də seminar keçən bütün müəllimlərə və təlim iştirakçılarına öz təşəkkürümü bildirirəm. Hamıya öz karyerasında müvəffəqiyyətli olmağı arzu edirəm.
Toğrul
Antaris şirkəti

Müşviq Rüstəmov

SAT Group ilə artıq biz uzun müddətdir əməkdaşlıq edirik. Bir çox təlimlərə qoşulmuşuq. Bu təlim də mənim üçün çox maraqlı oldu. Mağazada satış və idarəetmə sisteminin quruluşu bucür təlimlər çox gözlənilməz olur mənim üçün. Çünki uzun müddət mağaza idarəçiliymdə bir çox şeyləri bildiyimi bilirdim. Amma bu kursda əmin oldum ki, yox. Demək olar ki, bir çox şeyləri biz bilmirik. Burda satış texnikası, rəqabət strategiyası, satışın artırılması üçün bir çox nüanslar, satış menecerinin yetişdirilməsində bir çox fəndlər. Bu və digər biliklərə yiyələndik. Düşünürəm ki, biznes sektorunda çalışdıqca daim öz üzərimizdə çalışmalıyıq. Həyat bunu bizə vadar edir. Nə qədər çox çalışsaq bir o qədər çox uğurlara imza atarıq.
Müşviq Rüstəmov
Notepal, direktor

Samir Səmədov

SAT Group şirkətinin təşkil etdiyi ikinci təlimdir ki, biz iştirak edirik. Çox dəqiq və səlis məlumatlar ala bildik. Bu aldığımız məlumatlarla gələcək fəaliyyətimizdə böyük uğurlar qazanmağa çalışacayıq. Çox kömək olacaq bizə.
Samir Səmədov
Saloğlu mebel, mağaza rəhbəri