Korporativ Satış Kursu

Kurs haqqında

Korporativ satışlar digər satış formalarından müştəri sayının nisbətən məhdud olması, qərar verən şəxslərin birdən çox olması, ünsiyyət vasitələrinin çoxluğu, korporativ ünsiyyət qaydalarının özəllikləri, satış adamından daha tədbirli, savadlı iş tələb etməsi ilə fərqlərinir. Bu məsələləri bilmədən korporativ satışlarda uğur qazanmaq çox çətindir. Siz cəmi 6 təlim (12 saat) ərzində korporativ satışın əsas özəlliklərini bu sahədə zəngin təcrübəsi olan mütəxəssislərin köməyi ilə öyrənə bilərsiniz.

Kurs kimlər üçündür?

Korporativ satış mütəxəssisləri

Satış rəhbərləri

Satış mütəxəssisləri

Kursda nələri öyrənəcəm?

B2B satış bacarıqlarına (görüş almaq, görüş, telefonla danışıq, sövdələşmə və s.) yiyələnməyə imkan verəcək

İşiniz sistemləşəcək. Nə vaxt nə etməli olduğunuzu dəqiq biləcəksiniz. Tədbirli olacaq, müştəri yanında hazırlıqlı olacaqsınız.

Potensial müştərilərlə əlaqələriniz heç vaxt qırılmayacaq. Sistemli və savadlı işin sayəsində onları real müştərilərinizə çevirəcəksiniz.

Müştəriyə fərdi yanaşma qaydalarına sahiblənəcəksiniz. Müştərinin potensialını anlayıb ona uyğun təkliflər hazırlayacaq və uğur qazanacaqsınız.

Görüşlərin satışa çevrilmə faizi yüksələcək.

Görüş almaq asanlaşacaq. Bunun üçün daha çox vasitələriniz olacaq.

Kursun proqramı

Marketinq strategiyası, brendinq – ümumi anlayışlar.

  • Marketinq strategiyası
  • Şirkətin brend mövqelənməsi
  • Qiymət siyasəti
  • CRM

Potensial müştərilərin düzgün seçilməsi

  • Müştərilərin potensialının qiymətləndirilməsi
  • Hardan başlamaq lazımdır?

İmkanların dəyərləndirilməsi və “Komfort zona”

  • Daha səmərəli işləməyin qaydaları
  • Ambisiya yoxsa, durğunluq? – Seçim et!
  • Motivasiya və özünəinam uğurun açarıdır.

B2B satışa hazırlıq: Korporativ müştəri kimdir və nə istəyir?

  • Müştərilərin araşdırılması və analizi
  • Görüşə necə hazırlaşmalı
  • Satış görüşündən əvvəl 4 texniki göstərici

Korporativ satış alətləri

  • Satış menecerinin “döyüş silahları”
  • “Offline” və “Online” müştərilərə təqdimat vasitələri (çap və ya elektron)
  • Elektron materialların hazırlanması
  • Reklam məmulatlarının təqdim edilməsi forması (daha oxunaqlı dizayn və s.)

Korporativ satışda ünsiyyət vasitələri

  • Soyuq zənglərin vacibliyi
  • E-mail ilə professional məktublaşma necə aparılır?
  • Satış görüşləri nə vaxt və harda təyin edilməlidir?

Aktiv “Networking”

  • Uyğun zamanda, uyğun məkanda!
  • Əlaqələrin satışda təsir gücü

Qiymət təklifinin hazırlanması

  • Qiymət təklifinin hazırlanmasında optimal müddət nə qədərdir?
  • Təklifin hazırlanması qaydaları və əsas göstəricilər
  • Qiymət təklifinin təqdimat formaları

Sövdələşmənin aparılması texnikaları

  • Sövdələşə prosesində istifadə olunan əsas lüğətlər
  • Sövdələşmənin 4 mərhələsi
  • Uğurlu sövdələşmə strategiyası necə qurulur?
  • Sövdələşmədə bədən dili və səs manevri

Satış raportlarının hazırlanması

  • Raport hazırlayarkən nəzərə alınan əsas məqamlar
  • Gündəlik, həftəlik və aylıq satış raportları
  • Satış raportları şirkətə nə verir?

Satışın bağlanması və arxivləşdirmə

  • Satış prosesinin aparılmasında sonuncu mərhələ
  • Satış qovluğunda saxlanılması ən vacib sənədlər
  • Arxivləşdirmənin müsbət tərəfləri nədir?

Müştərilərin təqib sisteminin hazırlanması.

  • Müştəriləri necə təqib etməli?
  • Müştərilərlə davamlı iş. Korporativ müştərini qazanmaq üçün davamlı işlər sistemi.
  • Korporativ müştərini əldə saxlamaq üçün davamlı ünsiyyət sistemi.

Kursun formatı

İştirakçı sayı

12

nəfər

Toplam

6

təlim

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

300
AZN

Ödənişə daxildir:

  • Coffee break
  • Təlim materialları
  • Sertifikat

Təlimçilər

Vüsal Əlisoy
marketoloq, B2B satış mütəxəssisi, təlimçi

Müştəri rəyləri

Kamran Nəbiyev

Satış işimizin əsas sahələrindən biridir.Düşünürəm ki, yaxşı, peşəkar kadr ola bilərsiz, rəssam ola bilərsiz, gözəl müğənni ola bilərsiz. Lakin, bununla yanaşı yaxşı satış bacarığı olmalıdır ki, onlardan faydalı şəkildə istifadə edə bilərsiz. Təcrübə zamanı müxtəlif problemlərlə rastlaşırıq ki, bunları həll etmək üçün təcrübəli insanlardan faydalanmalıyıq. Bunun üçün də SAT Group-un korporativ satış təlimlərinə qatıldım. Çox faydalandım. Əsas mənə maraqlı sualların cavablarını tapdım. Təcrübədə istifadə etmək üçün səbrsizlənirəm.
Kamran Nəbiyev
Kimi.az group, həmtəsisçi, icraçı direktor

Ruslan Ənvərli

Kurs haqqında təəssüratlarım ondan ibarətdir ki, insan bəzən kursa gələndə fikirləşir ki, bunlar haqqında məlumatım var. Lakin dinlədikcə daha diqqət cəlbelədikca baxırsanki elə nüanslar var ki, onlar dəqiq nüanslardır. Müştərilərlə münasibətdə bu nüanslara daha diqqət eləməlidir. Dİqqət eləsə daha çox nailəyyətlər, daha çox uğurlar əldə edə bilər. Mən çoxlu keyslər götürdüm burda və əminəm ki, gələcək korporativ görüşlərimdə və karyeramın növbəti addımlarında bu keyslərdən istifadə edəcəm. Yaxşı nəticələr əldə edəcəm.
Ruslan Ənvərli
Emobile.az, bakcell ulduzum proyektinin layihə rəhbəri

Cavid Quliyev

SAT Group haqqında mənim yorumum çox yaxşıdır. Professional təlimlər verilir həqiqətən. Bura gəlməmişdən əvvəl rəhbərliyimdən bildirilmişdir ki, həqiqətən çox professionaldır. Gəldim və gördüm ki, həqiqtən elədir. Özümə bir şey qatdığımı düşünürəm. Məqsədim də bu idi.
Cavid Quliyev
Fibatec MMC, satış mütəxəssisi