Müasir dövrün sürətlə inkişafı modern şirkətlərdə insan dəyərini və insan münasibətlərinin önəmini durmadan artırmadadır. Bu gün dünyanın ən böyük universitetləri şirkətlərə insan münasibətlərinin yaxşılaşdırılmasını tövsiyə etmədədir. Ona görə də “Dünyada sözünü deyən şirkət olmak” istəyən bütün şirkətlərin bu istiqamətdə ilk addımı İnsan Resurslarına bir şöbə kimi yox, şirkətin ortağı kimi baxmaları olmuşdur.
İnsan Resursları hadisəni nəyinki, şirkət-işçi, eyni zamanda işçi-işçi, işçi-müştəri münasibətlərini də tənzimləyir. Yaxşı bir insan resursları sistemi olan şirkət istənilən böhrana və istənilən yenilənməyə hazırdır və bu günün ən mühüm tələblərindən biridir.
İnsan resurslarının tarixi, məqsədi, funksiyaları. HR modulları. Modern şirkətlərdə İnsan Resursları sistemləri. Ölkədəki İnsan Resurslarının vəziyyəti. İnsan Reusrlarının biznesin idarəedilməsində rolu. Strateji İnsan Resursları idarə etməsi. Şirkətdaxili bölmələrlə İR qarşılıqlı işinin effektiv qurulması. İnsan resurslarının müəssisədə strateji əhəmiyyəti. İnkişaf edən dünyada İnsan Resursları hara gedir.
İş analiz metodları. İş ehtiyaclarının müəyyən edilməsi. Vakansiyaların elanı. Vəzifə təlimatları. Effektiv işçi sayının hazırlanması. CV bazasının yaradılması. İşə qəbul prosesinin həyata keçirilməsi. Yaxşı işçi kimdir? Karyera planlaması.
Performans anlayışı və Performans idarə etməsi. Performans sistemləri və Performans ölçmələri. Klassik Performans dəyərləndirmə. Performans idarəetmə metodları. Performans idarəetməyə modern yanaşma. Gələcək yönümlü performans idarəedilməsi. İstedadların idarə edilməsi (Google qaydası). Kvalifikasiya tələblərinin müəyyənləşməsi. İnsan Resursları Departameninin effektiv işləməsinin ölçülməsi.
Təlim ehtiyacının müəyyən edilməsi. Təlim proqramlarının hazırlanması. Təlim keçmiş əməkdaşların qiymətləndirilməsi. Əməkdaşların inkişaf planlarının hazırlanmasının zəruliliyi. Təlim və inkişafın şirkətdə rolu. Təlim effektivliyinin ölçülməsi.
Əmək haqqının formalaşmaşması. Əmək haqqı strukturunun qurulması. Əmək haqqı, sistemləri və onun növləri. KPI əsaslı əməkhaqqı sisteminin qurulma qaydası. Əmək haqqıların hesablanması.
Motivasiya. Klassik motivasiya sistemləri. Qeyri-maddi motivasiyanın qurulması. Kreativ idarəetmədə motivasiya. Mükafatlandırma. İşçilərin davamiyyətinin izlənməsi. Dərəcələnmə sistemləri.
İşə qəbul və işdən azad proseduralarının qanuni tərəfləri. Əmək müqaviləsi və içində lazım olan bəndlər. Əmək müqaviləsinin bağlanılması və əmək müqaviləsinə əlavələr.
Əmək qanunvericiliyi ilə bağlı ən vacib məqamlar. Tabelin hazırlanması. Məzuniyyət hüququ və ondan istifadə qaydaları. Ezamiyyə əməliyyatları. E-gov sisteminin yaradılması. E-gov da rəsmi hərəkət prosedurası (işə giriş, işdən çıxış, struktur və s. əməliyyatlar). Zəruri SƏTƏM məlumatları.