CRM (Müştəri ilə Münasibətlərin İdarə olunması)

Kurs haqqında

Bir şirkət üçün ən dəyərli kapital onun sadiq müştəriləridir. Öz müştərilərini əldə saxlamağı bacarmayan, bunun üçün effektli sistemi və bu istiqamətdə bacarıqlı kadrları olmayan şirkət isə əvvəl axır müştərilərini itirməyə və tənəzzülə məhkumdur.

İldən ilə sadiq müştərilərin qiyməti artır. Onları əldə saxlamaq rəqabətə tab gətirmək, stabil inkişaf üçün ən önəmli məsələdir. Bunun üçün isə sahibkarın, rəhbərin, menecerlərin və ümumiyyətlə şirkətdə müştərilərlə kontaktda olan hər bir kəsin CRM-dən agah olması, mövcud müştərilərlə effektli işləməsi gərəkir.

Sat Group şirkətinin hazırladığı CRM kursu çərçivəsində əldə edəcəyiniz bilgilər şirkətinizdə müştərilərə yönəlik fəaliyyətin qurulmasına, müştərilərin sədaqətini artırmaq üçün lazımı hazırlıqların görülməsinə, müştərilərin sizdən daha çox alış – veriş etməsinə səbəb olacaq. Siz qısa müddətdə müştəri məlumatlarının toplanması və emalı, müştəri sadiqlik sisteminin qurulması, müştərilərin seqmentasiyası, təkrari satışları stimallaşdıracaq çoxsaylı aktivlik metodlarını mənimsəyəcək və işinizdə tətbiq edəcəksiniz.

Kurs kimlər üçündür?

Şirkət rəhbərləri

Marketinq direktorları

Satış rəhbərləri

Sahibkarlar

Müştərilərlə işləyən digər şəxslər

Kursda nələri öyrənəcəm?

Müştəri loyallıq sisteminin qurulması

Müştəri bazasının doğru şəkildə yaradılması

Mövcud müştərilərə yönəlik marketinq və satış işlərinin təşkili

Müştəri personasının və müştəri bazasının yaradılması

Data bazanın analizi və CRM strategiyanın qurulması

Kursun proqramı

CRM Nədir?

  • CRM Nə Deyil?
  • CRM-ə Başlamaq
  • CRM-in Növləri
  • CRM-in Modelləri
  • Strateji CRM
  • Strategiya seçimi
  • Hazırlıqlar
  • Müştəri təcrübəsinin idarə edilməsi (CEM)

Əməliyyat CRM-i

  • Microsoft CRM ilə tanışlıq
  • Salesforce ilə tanışlıq
  • Satışın Avtomatlaşdırılması
  • Marketinqin Avtomatlaşdırıması
  • Servisin Avtomatlaşdırılması

Sosial CRM

  • SMM və CRM bağlantısı

Sədaqət Proqramlarının Hazırlanması

  • Müştəri məmnuniyyəti və sədaqət
  • B2B and B2C Loyalty

Analitik CRM

  • Data və Databaza
  • Dataların strukturu
  • İnteqrasiyası

Müştəri analitikasına başlamaq

  • Metrikslərlə tanışlıq
  • Seqmentasiya
  • Persona
  • “Life Time Value”

Exceldə analitika

10 vacib metrics

  • 10 vacib metodika
  • 10 analitika səhvi
  • 10 əhəmiyyətli müştəri analitika hesabatı

Kursun formatı

İştirakçı sayı

15

nəfər

Toplam təlim

8

dəfə olmaqla

Həftədə

2

dəfə olmaqla

Təlimlərdə

100%

izahat, praktiki tapşırıqlar, komanda ilə iş

Kursun qiyməti

350 AZN
Qiymət 1 nəfər üçün nəzərdə tutulub

Qiymətə daxildir

  • Coffee break
  • Təlim materialları
  • Sertifikat

Təlimçilər

Əfsun Qurbanov
CRM üzrə mütəxəssis

Müştəri Rəyləri

Elvin Qurbanov

Əla mühit, professional təlimçilər, praktiki biliklər bir arada. Ugurlar “SAT Group”
Elvin Qurbanov
Marketinq direktor, Qoç Ət

Səidə Fətullazadə

Çox nadir hallarda kiminsə haqqında həddən çox neqativ və pozitiv fikir yazıram. Düşünürəm ki, maraqlı təlim keçmək çox asandır. İnsanlar var ki, onları dinləmək çox xoşdur və böyük markaların böyük addımlarını danışıb istənilən təlimi maraqlı etmək olar. Amma həm maraqlı həm də faydalı təlim keçmək çox çətindir. Hansı ki, iştirakçılar təlimdən sonra nəsə öyrənir, bunu işində tətbiq edir və bu tətbiqlərə görə işlədikləri şirkət maddi cəhətdən kifayət qədər qənaət etmiş olur. Bugün Əfsun bəyin təlimində bunun şahidi oldum. İnsan bildiyi hər şeyi paxıllıq etmədən paylaşmağı bacarırdı. Həqiqətən belə təlimçilərə çox ehtiyac var. Əfsun bəyi növbəti təlimlərdə və MMF`də spiker görmək ümidi ilə.
Səidə Fətullazadə
Günay sığorta, Marketinq direktor

Kənan Məcidov

SAT Group təşkilatçılığında Əli Xəyyam’ın tədris etdiyi CRM kursunda iştirak etdim. Həm kursun təşkilatçılığı həm də təlimçi tərəfindən tədris edilən mövzu yüksək səviyyədə idi. Hər kəsə tövsiyyə edirəm!
Kənan Məcidov
Fotoqraf