Bir şirkət üçün ən dəyərli kapital onun sadiq müştəriləridir. Öz müştərilərini əldə saxlamağı bacarmayan, bunun üçün effektli sistemi və bu istiqamətdə bacarıqlı kadrları olmayan şirkət isə əvvəl axır müştərilərini itirməyə və tənəzzülə məhkumdur.
İldən ilə sadiq müştərilərin qiyməti artır. Onları əldə saxlamaq rəqabətə tab gətirmək, stabil inkişaf üçün ən önəmli məsələdir. Bunun üçün isə sahibkarın, rəhbərin, menecerlərin və ümumiyyətlə şirkətdə müştərilərlə kontaktda olan hər bir kəsin CRM-dən agah olması, mövcud müştərilərlə effektli işləməsi gərəkir.
Sat Group şirkətinin hazırladığı CRM kursu çərçivəsində əldə edəcəyiniz bilgilər şirkətinizdə müştərilərə yönəlik fəaliyyətin qurulmasına, müştərilərin sədaqətini artırmaq üçün lazımı hazırlıqların görülməsinə, müştərilərin sizdən daha çox alış – veriş etməsinə səbəb olacaq. Siz qısa müddətdə müştəri məlumatlarının toplanması və emalı, müştəri sadiqlik sisteminin qurulması, müştərilərin seqmentasiyası, təkrari satışları stimallaşdıracaq çoxsaylı aktivlik metodlarını mənimsəyəcək və işinizdə tətbiq edəcəksiniz.