Korporativ satışlar digər satış formalarından müştəri sayının nisbətən məhdud olması, qərar verən şəxslərin birdən çox olması, ünsiyyət vasitələrinin çoxluğu, korporativ ünsiyyət qaydalarının özəllikləri, satış adamından daha tədbirli, savadlı iş tələb etməsi ilə fərqlərinir. Bu məsələləri bilmədən korporativ satışlarda uğur qazanmaq çox çətindir. Siz cəmi 6 təlim (12 saat) ərzində korporativ satışın əsas özəlliklərini bu sahədə zəngin təcrübəsi olan mütəxəssislərin köməyi ilə öyrənə bilərsiniz.