Xəqani Səfərov

Peşəkar menecer, İR mütəxəssisi, Təlimçi

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment fakültəsini bitirib. Magistr dərəcəsinə sahibdir. Almaniyada İqtisadiyyat Nazirliyinin (GIZ) təşkil etdiyi intensiv top menecer kursunun məzunudur. İdarəetmə sahəsində iş həyatına Ulduz Şokalad Fabrikində başlayıb. Daha sonra Araz Retail MMC-də ardıcıl olaraq təlim və inkişaf şöbəsinin müdiri, təlim, inkişaf və işə qəbul şöbəsinin müdiri və insan resursları departamentinin direktoru vəzifəsinə yüksəlmişdir. Bu müddət ərzində şirkət 5 dəfə böyümüşdür. Paralel olaraq Oba Pərakəndə şəbəkələrinin insan resursları üzrə rəhbəri olan Xəqani Səfərov 2016-cı ildə Gilan FMCG Ticarət və Distribusiya Qrupunun İnsan resursları meneceri işlədikdən sonra Gilan Holdinqin baş ofisində insan resursları əməliyyatları üzrə menecer vəzifəsinə yüksəlmişdir. O, iş həyatı ilə yanaşı akademik fəaliyyət ilə də məşğuldur və insan resurslarının idarə edilməsi sahəsində ali məktəblərdə fənn tədris edir. ADA, UNEC, Bakı Mühəndislik Universiteti, ``Odlar Yurdu`` universitetlərində MBA dərslərində “Guest Lecturer” (qonaq məruzəçi) qismində, eyni zamanda ölkədə keçirilən bir çox forumda spiker və moderator kimi iştirak edir. Həmçinin idarəetmə sahəsində individiual və korporativ təlimlər keçir. “İş etikası”, “liderlik” və “şirkətlərdə korporativ ruh”, mövzularını akademik araşdırır. Xəqani Səfərov hal-hazırda Avrora Group-da Müşahidə Şurasının üzvü və baş direktorun müşaviri vəzifəsində, həmçinin təsisçisi və direktoru olduğu HR Option şirkətində çalışır.