Vüsal Əlisoy

Marketoloq, B2B satış mütəxəssisi, Təlimçi

Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qruplarında bakalavr, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində magistr pillələri üzrə başa vurmuşdur. Prezident təqaüdçüsüdür. MDB-nin ən böyük yük daşıma şirkəti olan Globalink MMC-də satış meneceri, uzun müddət İdeal Dizayn şirkətində satış müdiri və marketinq müdiri, Saloğlu şirkətinin kommersiya departamentinin direktoru vəzifələrində çalışmışdır. Hal-hazırda Kontakt Home şirkətində Mebel bölməsinin rəhbəridir. B2B satış sahəsində 7 ilə qədər iş təcrübəsi vardır.