Tural Həsənov

Marketoloq, Araşdırmaçı

Azərbaycan Respublikası prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bakalavr üzrə bitirmişdir. Marketinq araşdırmaları sahəsində 9 il təcrübəyə malikdir. Peşəkar fəaliyyətini “TNS Global market research company” şirkətinin Bakı ofisində başlamış, daha sonra “Research İnsight Azerbaijan” araşdırma şirkətinə rəhbərlik etmişdir, 30-dan artıq beynəlxalq və yerli layihələrin icrasında və idarəedilməsində iştirak etmişdir. 2013-cü ildən etibarən Parabank, daha sonra DəmirBank ASC-də Baş mütəxəssis vəzifəsində çalışmış, 2015-2016-cı illərdə karyera inkişafını əldə etmiş, DəmirBank-ın Marketinq departamentində Menecer, Şöbə müdiri və Departament direktoru vəzifələrini icra etmişdir. Hazırda Azerfon MMC-də Marketinq araşdırmaları üzrə menecerdir.