Pərviz Əzimov

SMM və rəqəmsal marketinq mütəxəssisi, Təlimçi

2005-ci ildə Lənkəran Dövlət Universitetini bitirib. Peşəkar fəaliyyətinə 2004-cı ildə jurnalistika ilə başlayan Pərviz Əzimov, 2011 – 2012-ci illərdə PR menecer kimi fəaliyyət göstərib.4 ildən çoxdurki, bir neçə yerli və beynəlxalq şirkətdə marketinq və rəqəmsal marketinq mütəxəssis kimi çalışır. Azərbaycanın və Qafqazın ilk mühərrik yağları istehsalçısı olan Technol şirkətində marketinq direktor vəzifəsini icra etmişdir. Hazırda Embahome şirkətinin Direktoru vəzifəsini icra edir. Azərbaycan dilində ilk “Rəqəmsal Marketinq” kitabının müəllifi, Digital AIR təlimlərinin həmtəsisçisidir.