Orxan Oruc

Psixoloq, təlimçi


Orxan Oruc - Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya istiqaməti üzrə bakalavr və magistr, Belçika Krallığının Ghent universitetində magistr təhsili alıb. Avropa Gənc Psixoloqlar Assosasiyasının Azərbaycan üzrə milli nümayəndəsi olub. 2017-ci ildə Azərbaycanda təşkil olunmu Avropa Gənc Psixoloqlar Assosasiyasının 31-ci ümumavropa qurultayının təşkilat komitəsinin sədri olub. Türkiyədə İstanbul Marmara Universitetində və “Nörokey” Fərdi və Təşkilati İnkişaf Mərkəzində təcrübə keçib. Abituriyentlərin ixtisas seçimi ilə bağlı həyata keçirilən “Peşəm gələcəyimdir” layihəsinin rəhbəri olmuşdur. “Gənc Psixoloqlar” ictimai birliyinin həmtəsisçisidir və hal-hazırda təşkialtın sədri vəzifəsini icra edir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsində baş məsləhətçi (psixoloq) vəzifəsində çalışır.

Ümumilikdə psixoloji mövzularda 8000-dən çox iştirakçıya 2400 saat təlimçilik və 8 illik fərdi psixoloji məsləhətçi təcrübəsi var.