Namiq Bayramov marketinqin həm nəzəri, həm də praktiki istiqamətləri üzrə ixtisaslaşmış azsaylı mütəxəssislərdəndir. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri almışdır. Hazırda Lənkəran Dövlət Universitetində doktorantdır. 2015-ci ildən etibarən pedaqoji istiqamətdə də fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Dövlət İqtisad Universitetində ``Marketinq Menecment`` və ``Beynəlxalq Marketinq`` fənlərini tədrsi etmişdir. Hazırda Lənkəran Dövlət Universitetində ``İstehlakçı Davranışının İdarə Edilməsi``, ``Marketinq Kommunikasiyaları``, ``Marketinq``, ``Marketinq Tədqiqatları`` və ``Xidmət Sahələrinin Marketinqi`` kimi fənləri tədris etməkdədir. Praktiki fəaliyyətində satış və reklam sektorlarında çalışmışdır. Artıq 10-cu ildir ki, fəaliyyət göstərən ``YELLOAD`` marketinq agentliyinin həmtəsisçisidir. Eyni zamanda, Milli Marketinq Forumunun (MMF) yaradıcılarından biri, həmçinin 2018-ci ildə yaradılmış ``Marketinq Peşəkarları Birliyi``nin həmtəsisçisi və idarə heyəti sədridir. Daha çox marka strategiyaları, marketinq kommunikasiyaları, brendinq və istehlakçı davranışının idarə edilməsi istiqamətləri üzrə ixtisaslaşmışdır.