İlkin Manafov

Marketoloq, Biznes Təlimçi,Bloqer, Biznes Konsultant

Marketinq üzrə fəlsəfə doktoru olan İlkin Manafov Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Türkiyə kimi ölkələrdə Marketinq və Satışın idarəedilməsi sahəsində çalışıb. Uzun illər EMBAWOOD şirkətinin marketinq departamentinə rəhbərlik edən İlkin bəy hazırda EVİN, Mutfakçı və Belissa mağazalar şəbəkəsinin sahibidir. İlkin Manafov marketinq, satış və biznesin idarə edilməsi sahəsində çoxsaylı elmi məqalələrin müəllifi, Amerika Marketinq Assosasiyasının üzvüdür. Marketinq AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisidir. Milli Marketinq Forumunun (MMF) təsisçilərindən və təşkilatçılarından biridir. Azərbaycan dilində ilk brendinq kitabı olan “360 dərəcə brendinq” kitabının müəllifidir.