Ellada Əliyeva

Marketoloq, Təlimçi

Bakı Dövlət Universiteti Beynəlxalq hüquq fakultəsi (magistr), T.Heusse adına Akademiyası İdarəçilik kursu, London Biznes Məktəbi MBA üzrə təhsili almışdır. Menecment sahəsində 14 illik təcrübəsi var. Mətanət A şirkəti Media departamentinin müdürü, ANS şirkətlər Qrupu Marketinq və PR departamentinin Direktoru, Azersun Şirkətlər Qrupu Marketinq və Satış şöbə müdürü vəzifələrində çalışmışdır. Ellada Aliyeva daxili və xarici bazarlara yönəlik marketinq fəaliyyəti üzrə ixtisaslaşmaqla, lokal və ixrac yönümlü bir sıra uğurlu markanın qurucusudur. Hal hazırda Azersun Şirkətlər Qrupu Marketinq və Strateji innovasiyalar bölümündə şöbə müdürü vəzifəsini icra etməklə parallel, öz sahəsi üzrə təlimlər verir. Xobbiləri: idman, düzgün qidalanma, yeni elmi sahələrdir.