Əfsun Qurbanov

CRM üzrə mütəxəssis

Qafqaz Universitetini bitirdikdən sonra ABŞ-da, Troy Universitetində MBA təhsili alıb. 10 ildən çox marketinq təcrübəsi var. Hal-hazırda holistik marketinq xidmətləri göstərən Morpho şirkətinin idarəedici tərəfdaşı kimi fəaliyyət göstərir. ADA Universitetində bakalvr səviyyəsində Marketinq Menecmenti və EMBA qruplarına Beynəlxalq Marektinq sahəsini tədris edir. Həm peşəkar, həm də akademik karyerasında “data driven marketing”, analitika, CRM, sosial CRM, sosial media, SEO və SEM, rəqəmsal marketinq sahələrində aktiv şəkildə fəaliyyət göstərir və özünü inkişaf etdirir. Texnologiya startaplarına xüsusi marağı var. Bu sahədə özünü təkmilləşdirmək və beynəlxalq bazara çıxa biləcək startap qurmaq məqsədi var.