Mən “Antaris” şirkətinin nümayəndəsi olaraq “Sat Group” kursuna qatıldım. 3 günlük kurs müddətində maksimum biliklərə yiyələnməyə çalışdım və bunun illərdir qazandığım təcrübəyə daha da effektiv təsir edəcəyinə heç şübhəm yoxdur. Təlim təşkiledicilərinə, başda Azad bəy olmaqla bütün idarə heyətinə, eləcə də seminar keçən bütün müəllimlərə və təlim iştirakçılarına öz təşəkkürümü bildirirəm. Hamıya öz karyerasında müvəffəqiyyətli olmağı arzu edirəm.