Çox nadir hallarda kiminsə haqqında həddən çox neqativ və pozitiv fikir yazıram. Düşünürəm ki, maraqlı təlim keçmək çox asandır. İnsanlar var ki, onları dinləmək çox xoşdur və böyük markaların böyük addımlarını danışıb istənilən təlimi maraqlı etmək olar. Amma həm maraqlı həm də faydalı təlim keçmək çox çətindir. Hansı ki, iştirakçılar təlimdən sonra nəsə öyrənir, bunu işində tətbiq edir və bu tətbiqlərə görə işlədikləri şirkət maddi cəhətdən kifayət qədər qənaət etmiş olur. Bugün Əfsun bəyin təlimində bunun şahidi oldum. İnsan bildiyi hər şeyi paxıllıq etmədən paylaşmağı bacarırdı. Həqiqətən belə təlimçilərə çox ehtiyac var. Əfsun bəyi növbəti təlimlərdə və MMF`də spiker görmək ümidi ilə.