SAT Group ilə artıq biz uzun müddətdir əməkdaşlıq edirik. Bir çox təlimlərə qoşulmuşuq. Bu təlim də mənim üçün çox maraqlı oldu. Mağazada satış və idarəetmə sisteminin quruluşu bucür təlimlər çox gözlənilməz olur mənim üçün. Çünki uzun müddət mağaza idarəçiliymdə bir çox şeyləri bildiyimi bilirdim. Amma bu kursda əmin oldum ki, yox. Demək olar ki, bir çox şeyləri biz bilmirik. Burda satış texnikası, rəqabət strategiyası, satışın artırılması üçün bir çox nüanslar, satış menecerinin yetişdirilməsində bir çox fəndlər. Bu və digər biliklərə yiyələndik. Düşünürəm ki, biznes sektorunda çalışdıqca daim öz üzərimizdə çalışmalıyıq. Həyat bunu bizə vadar edir. Nə qədər çox çalışsaq bir o qədər çox uğurlara imza atarıq.