+99455

+994

SAT Group-un 2021 hədəflərindən biri də təlimlərinin keyfiyyətini Avropa və Amerika standartlarına daşımaqdır.
Bu məqsədlə təlimçilərimiz üçün silsilə təlimlər və mentorluq dəstəyi planlamışıq. 22-23 may tarixlərində “Lənkəran Springs” oteldə baş tutan ilk tədbir Amerikanın “Bowling Green State” universitetindә “İşçilərin Təhsili və İnkişafı” sahəsi üzrə magistr təhsili almış peşəkar təlimçi, mentor, TOT eksperti Toğrul Ələkbər tərəfindən həyata keçirildi.
Təlimdə 20 nəfər SAT Group təlimçisi, eləcə də SAT Group-un təlim təşkilatçıları iştirak edirdilər. Təlimdә ehtiyaclarının öyrənilməsi, öyrənmə prosesinin vә təlimlərdəki aktivliklərin qurulması, fasilitasiya və digər vacib mövzuları əhatə edən proqram böyük həvəslə qarşılandı.
Hazırda Toğrul bəyin mentorluğu ilə təlimlərimizin təkmilləşdirilməsi davam edir.