Satış və Marketinq sahəsində karyera qurmaq istəyənlər üçün SAT Group tərəfindən tədbir təşkil olundu.

Tədbirin məqsədi satış və marketinq sahəsinə marağı olan gənclərin düzgün istəqaməti seçmələrinə və karyera planlamalarına yardım etmək idi.

SAT Group şirkətinin direktoru Azad Qəhrəmanov – Satışda karyera, Nar marketinq araşdırmaları meneceri – Tural Həsənov marketinqdə karyera mövzularında çıxış etdilər.

SAT Group gənclərə həm təhsil almaq, həm də iş başlaya bilmələri üçün SAT Academy layihəsini yaratmışdır. SAT Academy layihəsində Satış Mütəxəssisi, Marketinq Mütəxəssisi və Satışa Rəhbərlik ixtisasları mövcuddur. 5 aylıq təhsil proqramından ibarət olan layihənin artıq 168 məzunu var.