+99455

+994

SAT Group-un təşkilatçılığı ilə həyata keçirilən”Şirkətlər Liqası”nın məqsədi şirkətlərin işçilərinin networkingi, PR işlərinin genişlənməsinə fayda verməkdir.
  Final görüşündə “Kapital Bank” komandası “Soliton LTD”yə 2:1 hesabı ilə qalib gələrək kuboku əldə etdi.
  16 şirkətin qatıldığı yarışın final oyununda “Kapital Bank” vətən uğrunda şəhid olmuş əməkdaşları Fərhad Fərhadlının adı yazılmış köynəklərlə meydana çıxdı. Oyun Fərhad Fərhadlının xatirəsi yad edildikdən sonra dövlət himni səsləndirilərək başladı.
 Yarışda iştirak edən bütün komandalara təşəkkür edirik. Yarışda tərəfdaşlarımız olan “Yelload” agentliyinə, “Crea Time”a, “Çinar Suları”na və “Shahdag Hotel&SPA”a minnətdarıq!