SAT Group, 15 Mart 2019-cu il tarixində Caspian Business Hoteldə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə  təşkil olunan “Partners & Business” Baku 2019 sərgi-konfransında sponsor olaraq iştirak etdi.

100-dən artıq yerli şirkətlərin öz məhsullarını nümayiş etdirdikləri sərgi-konfransın keçirilməsində məqsəd yerli sahibkarlıq subyektləri arasında sıx əlaqələrin qurulması idi.

SAT Group şirkəti daim cəmiyyətin, ölkənin inkişafına töhfə verən forumlara dəstək olmağa çalışmışdır. Bundan əlavə SAT Forum və Biznes İdarəçəliyi forumlarının təşkilətçısıdır.