Bu ilin 24-25 iyun tarixində 7-ci dəfə keçirilən Milli Marketinq forumunda SAT Group tərəfdaş olaraq iştirak etdi.

300-ə yaxın şirkətin nümayəndələrinin iştirak etdiyi tədbirdə toplam 6 panel və hər paneldə 4 spiker olmaqla, 30 nəfər spiker çıxış etdi.

Forumunun keçirilməsində əsas məqsəd yerli marketoloqların bazarda olan yeni tendensiyalarının müzakirə edilməsi və ümumi marketinqə olan baxışını müsbət istiqamətdə dəyişməkdir. Bu müzakirələr əsasında ölkə marketoloqları daha sistemli şəkildə bilik mübadiləsini həyata keçirir, uğurlu keyslərlə tanış olur və milli marketinq bazarında olan yeniliklərdən xəbərdar olurlar.

SAT Group şirkəti daim cəmiyyətin, ölkənin inkişafına töhfə verən forumlara dəstək olmağa çalışır. Bundan əlavə SAT Forum və Biznes İdarəçəliyi forumlarının təşkilətçısıdır.