28-29-30 may tarixlərində SatGroup Azərbaycanda hələ ki oxşarı olmayan Şəxsi İnkişaf Düşərgəsini təşkil etdi. Düşərgəyə müxtəlif sahələrdə çalışan 30 nəfər aktiv insan qatıldı. Şəxsi İnkişaf Düşərgəsi maraqlı yay istirahəti ilə yüksək effektli praktiki təlimlərin qarışığından ibarət unikal hadisədir. Bu düşərgəyə qatılanlar həm iş ilinin yorğunluğundan, gərginliyindən azad olur, yeni dostlar qazanır, həm də özlərinin psixloji durumlarını, ünsiyyət, komanda ilə işləmək, inandırmaq bacarıqlarını inkişaf etdirirlər. Təlimlər yəbiət qoynunda. Aktiv formada həyata keçirilir. Maraqlı və həyacanlı olur. Düşərgədən iştirakçılar yenilənmiş və yüksək əhvalda qayıdırlar.