Bu gün pandemiya sağlamlıqla bağlı narahatlıqlar, insanların, mal və əmtəələrin hərəkətinə məhdudiyyətlər, biznes və istehlakçı inamının düşməsi, qlobal əmtəə bazarlarının və istehsalın çökməsi ilə müşayiət olunmaqdadır.Bu günədək müxtəlif ölkələrdə pandemiyanın vurduğu iqtisadi və bütün digər zərərləri qarşılamaq məqsədilə müxtəlif təşəbbüslər və təşviq proqramları qəbul olunub.

  Unutmamaq lazımdır ki, çətin dövrlərin öhtəsindən gələn şirkətlər, müştərilərinə investisiya edən, onların davranışlarını öncədən təxmin edən qurumlara çevrilir.

SAT group şirkəti olaraq (COVID-19) pandemiyası dövründə sahibkarlara dəstək məqsədilə 1-30 aprel tarixlərində  consulting komandamız tərəfindən bir sıra şirkətlərlə ödənişsiz, onlayn “Express Consulting” görüşlər  keçirilib.

 

 

  Görüşlərin əsas məqsədi 2 saat ərzində  xüsusi karantin rejimi zamanı sahibkarlar və digər biznes subyektlərinin, təcrübəli biznes konsultantlarımızın və digər biznes idarəçiliyi üzrə zəngin təcrübəsi olan ekspertlərimizin pandemiya böhranının ölkə iqtisadiyyatına vurduğu zərərlər və böhrandan az zərərlə çıxmağın mümkün variantları haqqında tövsiyyələri ilə maarifləndirməkdir.

  

Videokonfransların nəticəsində böhran vəziyyətində  şirkətlərin qarşısına çıxan çətinliklərin komandamızla birgə həll yolları müzakirə olunub.

 

Xatırlatmaq yerinə düşər ki, SAT Group şirkəti bu günə kimi müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox şirkətə bizneslərini sistemləşdirməkdə və təkmilləşdirməkdə dəstək olmuşdur.