SAT Group şirkəti, 25-26 May, Bakı Musiqi Akademiyasında keçirilən VI Milli Marketinq Forumu-nun (MMF2018) tərəfdaşlarından biri olmuşdur. Birincilər və davamçılar sloqanı ilə Cümhuriyyətin 100 illiyinə həsr olunan forumda 600-dən çox iştirakçı iştirak etmişdir.

Forum Azərbaycanda marketinqin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi, ümumi müzakirələrin aparılması üçün təşkil edilmişdir.

SAT Group şirkəti forum iştirakçılarına çoxlu sayda endirim kuponları və hədiyyələr təqdim etmişdir. Belə ki, forum zamanı yığılan vizitkaların içərisindən iki qalib Şəxsi inkişaf düşərgəsində iştirak etmək hüququ qazanmışdır. Bundan əlavə, 295 ədəd təlimlərə endirim faizləri və 5 ədəd ödənişsiz kuponlar iştirakçılara təqdim olunmuşdur.

Milli Marketinq forumunda SAT Group şirkərinin direktoru, Azad Qəhrəmanov çıxışında SAT Academy layihəsində iki yeni ixtisasın (Marketinq və Satışa rəhbərlik) təqdimatını edərək layihə haqqında ətraflı məlumat vermişdir.

SAT Group şirkəti bizneslərin inkişafına və yerli kadların təkmilləşməsinə təkan verən forumlarda daim iştirak edərək dəstək olmağa çalışır.