Biznesdə uğur atılmış addımların, verilmiş qərarların düzgünlüyündən asılıdır. Sahibkarın, rəhbər şəxsin doğru qərarlar verməsi üçün isə mütləq bazar, rəqiblər, müştərilər, müştərilərin fikir və münasibətləri haqda dəqiq məlumatları olması gərəkir.

Bu səbəbdən SAT Group şirkəti 08.05.2018 tarixindən Marketinq Araşdırmaları kursuna start verəcək. Kurs şirkət sahibləri, sahibkarlar, satış rəhbərləri və marketinq mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Kurs zamanı şirkətin ümumi strategiyasının qurulması üçün imkan və risklərin müəyyən edilməsi, rəqabət mühitinin araşdırılması, müştəri tələbatlarının dəqiq müəyyən edilməsi və müştəri məmnuniyyətinin yüksəldilməsi ilə bağlı məlumatları əldə edib, praktiki məşqlərlə bu bilikləri təkmilləşdirəcəksiz