+99455

+994

İşləmə prossesləri tək bir nəfərə bağlı olmayan şirkətlərə korporativ şirkətlər deyilir. Korporativ şirkətlərdə görüləcək işlər əvvəlcədən planlanmış, təsdiqlənmiş strategiyaya , dəyərlərə, şirkətin mədəniyyətinə uyğun olaraq görülür. Həmçinin hər sahənin öz mütəxəssisi və ya işçiləri vardır. Hərkəs hansı işi necə görməli olduğunu əvvəlcədən bilir.

Korporativləşmiş şirkətlərdə komanda ən üstdəki bir şəxsin idarəsi ilə yox, bağlı olduqları departamentlərin idarəetməsi ilə işləyirlər. Bir nəfərin əksikliyi və ya fikirləri ümumi prossesi dəyişdirmir.

İdarəetmə varsa ölçülə bilmə də vardır. Bu cür şirkətlərdə kontrol və hesabatlılıq sistemi də düzgün işləyir. Görülən hər bir iş əvvəlcədən bilinir və ya qaydalar özü bunu artıq çoxdan təyinatı üzrə bölüşdürmüşdür. Şirkətdən çıxan hər hansı bir məhsulun hansı tarixdə , hansı qiymətlə fakturalanacağı avtomatik müəyyən olunur. Şirkətdən ümumiyyətlə hansı tarixdə neçə ədəd çıxış olduğu tək tək və ya toplam halda izlənilə bilir. Bu işlərin nəticələri, onları həyata keçirən şöbə, hətta X şəxsə qədər hesabat halında işlənilir.

Korporativ şirkətlərdə təmizlikdən marketingə, logistikadan analitikaya qədər, hər işin sırf aid olduğu şöbələr və ya departamentlər vardır. Başqa sözlə desək korporativ şirkərlər departamentlərdən ibarət olur. Bu şirkətlərdən bir məhsul alıb problem yaşayarsanız sizinlə əlaqədə olan  şəxs şirkətin hər hansı bir işçisi deyil, texniki departamentin işçisidir. Aldığınız telefonda problem çıxarsa sizə dəstək göstərəcək insan satıcı olmayacaq, birbaşa bu işin texniki tərəfləri ilə məsul şəxslər olacaq.
Həmin şirkətə işlə bağlı müraciət etsəniz əvvəlcədən tanıdığınız həmin o satıcı və ya texniki dəstək personalı ilə yox, bu dəfə İnsan Resursları ilə görüşüb əlaqə saxlayacaqsınız. Gördüyünüz kimi korparativ şirkətlərdə bütün mövzularla Qədir müəllim məşğul olmur. 🙂 Qədir müəllimin mütləq mütəxəssisi olduğu bir sahə olmalıdır və öz sahəsindəki tələblərə cavab verməlidir.

Korporativ şirkətlərin quruluşu barədə az çox danışdıq. İndi də şəxsə aid olan şirkətlərdə müşahidə olunan əksikliklərdən danışaq. Bu “Şəxsə aid olan şirkətlər pisdir” mənasına gəlmir. Onlar da korparativləşmə yoluna girə və daha böyük şirkətlərə dönə bilərlər.

Şəxs Şirkətlərində control mexanizmi yox deyilə biləcək qədər azdır , zəifdir. Hesabatlılıq ən yaxşı halda toplam mənfəət zərər, ümumi məhsul giriş çıxışı kimi sadə maddələrlə istifadə olunur. İşçilərin vəzifə öhdəlikləri açıq formada izah olunmayıb və bilinmir. Şəxs Şirkətlərində ümumiyyətlə həqiqi bir vizyon və missiya yoxdur. Qərarlar mütəxəssilərin toplandığı iclaslarda yox, Qədir müəllimin o günkü ruh halına görə verilə bilər. Son olaraq hər departamentin bir rəhbəri yox, bir rəhbərin bir neçə departamenti olur. 🙂