Satış şirkətin əsas hərəkətverici qüvvəsidir. Effektli satış sistemi olan şirkətlər daha çox qazanır və sürətlə inkişaf edirlər.

Nə üçün lazımdır?

Ən qısa zamanda satışlarınızı artırmaq istəyirsinizsə;

Satışlarınızın davamlı olaraq yüksəlməsini istəyirsinizsə;

Satış komandanızın çevik və effektli olmasını, rəqiblərlə layiqli mübarizə apara bilməsini istəyirsinizsə;

Satış komandanızın gücünü, bacarığını, məhsuldarlığını artırmaq istəyirsinizsə;

Kortəbii deyil, müasir, inkişaf etmiş satış sistemi qurmaq istəyirsinizsə,

BÜTÜN BUNLARI QISA ZAMANDA SAT GROUP İLƏ REALLAŞDIRA BİLƏRSİNİZ.

SAT Group komandası bu işi Azərbaycanda ən yüksək səviyyədə həyata keçirən peşəkar mütəxəssislərdən ibarətdir. Bu komanda bu vaxta kimi müxtəlif sənaye sahələrində çalışan bir çox şirkətlərdə bu işi müvəffəqiyyətlə reallaşdırmışlar.

Hansı işlər görüləcək?

Mövcud satış sisteminin təhlili ilə boşluqların, çatışmazlıqların, problemlərin və imkanların üzə çıxarılması

Mövcud vəziyyətdən irəli gələrək biznesinizə uyğun satış sisteminin hazırlanması

Müştəri məlumat bazasının yaradılması və ya lazımi səviyyəyə çatdırılması

Mövcud müştərilərə satışın artırılması üçün sistemin qurulması

Yeni müştəriləri qazanmaq üçün effektli satış planının hazırlanması

Satış hesabatlıq sisteminin qurulması

Satış planlama sisteminin yaradılması

Satış işçilərinin daha çox satmasını təmin edən satışa dəstək planının və ticari şərtlərin hazırlanması

Satış marşrutlarının hazırlanması

Satış komandasının optimallaşdırılması

Satış işçilərinin bonus/maaş sisteminin təkmilləşdirilməsi

Effektli qiymətqoyma sisteminin yaradılması

Satış sisteminin davamlı təkmilləşdirilməsini təmin edəcək sadə satış analitikasının formalaşdırılması

Satış işçilərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi

Satış işçilərinin peşəkarlığının və satış biliklərinin artırılması.