06 dekabr, Demirchi Tower-də rəhbərlər və idarəedici şəxslər üçün İllik maliyyə və büdcə planlaması tədbiri keçirildi. Tədbirin spikeri Vüsal Səlimov 10 ildən çoxdur maliyyə sahəsində təcrübəsi var. Moore Stephens Azerbaijan, AGN Mak Audit, Mol Bulak BOKT, Embafinans BOKT, Monolit Group, Optimal Elektronics, Kontakt Home, Modern Group Şirkətlər Qrupunda audit və maliyyə direktoru vəzifələrini icra etmişdir.

 

                       

 

 

Tədbirin zamanı qabaqcadan proqnoz etmə, pul vəsaitinə qabaqcadan təlabatın müəyyən edilməsi, satış və xərclər üçün hədəflərin qoyulması, nəğd pul axınının proqnoza uyğun izlənməsi və planla faktın üzləşdirilməsi kimi məsələləri müzakirə edildi və bu sahədə vacib suallara cavab tapıldı.

SAT Group şirkəti bizneslərin inkişafına dəstək olmaq üçün mütəmadi olaraq rəhbər və idarəedici şəxslər üçün vacib mövzularda tədbirlər keçirir.