08 Noyabr, Bulvar oteldə 350 nəfər sahibkar, rəhbərlər və top menecerləri birləşdirən Biznes İdarəçiliyi forumu 2-ci dəfə keçiriləcək.

Biznes idarəçiliyində ölçülü, strateji və sistemli idarəetmə çox mühümdür. Biznes İdarəçiliyi forumunda iştirak etməklə siz qısa zamanda böyük uğurlar əldə etmək üçün düzgün biznes strategiyasını qura biləcəksiniz.

Forumdan əldə edəcəyiniz faydalar:

  1. Real idarəçilik keysləri ilə tanışlıq;
  2. Müzakirələr vasitəsilə idarəçiliklə bağlı önəmli suallara cavabların tapılması;
  3. Biznes adamları ilə networking imkanı;

 

Biznes İdarəçiliyi forumunda müxtəlif sferalarda çalışan idarəçilər dəyərli təcrübələrini paylaşacaq.

Biznes İdarəçiliyi Forumu Strateji idarəetmə; Sistemli idarəetmə  və Ölçülü idarəetmə üzrə 3 paneldən ibarət olacaq. Hər paneldə 1 moderator və 3 spiker olmaqla toplamda 13 nəfər mütəxəssis çıxış edəcək: İmran Bağırov (Aga Group – Apollon layihəsinin rəhbəri), Məcnun Məmmədov (Agro Food Investments LLC – CEO), Tural Həsənov (Nar – Marketinq araşdırmaları şöbəsinin rəhbəri), Aydın Hüseynov (AFB Bank – İdarə Heyətinin Sədri V.İ.E.), Rəkam Bağırov (Business Insight – CEO), Fəxri Ağayev (İdarəçi), Fərid Baxşıyev (KPMG – Departament Direktor), Talıb Abbaszadə (158 TAXİ – CEO), Ruslan Talıbov (eManat – CEO), Xəyal Məmmədxanlı (Zaman Insurance & Reinsurance Broker – Biznesin inkişafı üzrə Baş Direktor), Rauf Axundov (Synergy Group – CEO), Ruslan Əliyev (Avrora Group – İstehsalat müdürü), Emin Quluzadə (PeopleBrand – CEO).

 

                  

Foruma giriş biletlədir. Biletin qiyməti 120 manatdır.

Bileti aşağıdakı yollarla əldə edə bilərsiniz :

1) http://bif.az/
2) https://www.facebook.com/BiznesIdareciliyiForumu/
3) +994 55 209 91 55

Bütün tərəfdaşlara dəstəkləri üçün təşəkkür edirik!
Təşkilatçı: SAT Group

Bank Sponsor: Rabitəbank
Sponsor: İdeal Dizayn, PASHA Life, Flame Tours & DMC, BSC Group
Kreativ və Dijital tərəfdaş: Morpho
Çap və promo tərəfdaşı: Creatime
Proqram tərəfdaşı: Logix
Tərəfdaş: Erickson Azerbaijan, SAT Academy

Media tərəfdaş: Marja.az, Financetime.az, Banco.az, Fİns.az, Facemark.az, Baku.WS, Techland.az