SAT Group şirkəti tərəfindən Gəncə şəhəri Azərbaycan Texnologiya Universitetində Azərbaycanın qərb rayonlarında fəaliyyət göstərən sahibkarlar, rəhbərlər, satış və marketinq mütəxəssisləri üçün biznes təlimləri təşkil olunmuşdur.

Aprel ayının 7-8-21-22 tarixlərində Praktiki Satış kursu, Peşəkar İdarəçilik, Sosial Media Marketinq və Praktiki Marketinq kursları hər gün 6 saat olmaqla intensiv şəkildə aparılmışdır. Təlimlər Anar Bayramov, Rafiq Hunaltay, Murad Qəhrəmanlı, Sərvan Aslanov və Pərviz Əzimov kimi peşəkar təlimçilər tərəfindən keçirilmişdir.

Təlimlərdə Superfon, Şəmkir Aqro park,Lab Med tibb mərkəzi, Gens elektirk, A-group sığorta, Belissa mebel, Mutfakçı, Göygöl tədris mərkəzi, Millenium, Soliton və s. şirkətlər iştirak etmişdir.

Bu təlimlər təlimdə iştirak edənlərə biznesini inkişaf etdirməyə, satışları və gəlirləri artırmağa, idarəçilik işlərini asanlaşdırmağa kömək edəcək.