13 aprel, Demirchi Tower-də FMCG sahəsinin mütəxəssisləri üçün FMCG satış günü keçirildi.

Tədbirin məqsədi FMCG satış sahəsində çalışan mütəxəssisləri bu, sahədə zəngin təcrübəyə malik ekspertlərlə görüşdürməkdi.

Ekspertlər tərəfindən çıxışlar, faydalı diskussiyalar, bu sahədə aktual olan sualların həlli və yeni işgüzar əlaqələr üçün təşkil olan tədbirdə müxtəlif şirkətlərin rəhbərləri və FMCG satış nümayəndələri iştirak edib. Tədbirdə iştirak tam ödənişsiz idi.

Tədbirin moderatoru Azad Qəhrəmanov idi. Ekspertlər, Kıvanç Yaycılı-İdarəetmə bacarıqları, Murad Qəhrəmanlı-Satışda ünsiyyət, Rüfət Hüseynov- Dağıtım satışında taktikalar mövzularında çıxış edərək öz təcrübələrini iştirakçılarla paylaşdılar.

Qeyd etmək istərdik ki, SAT Group B2B satış, FMCG satış və Pərakənda satış günlərini təşkil edərək iştirakçılar üçün faydalı platforma yaradıb.