+99455

+994

EBRD-nin keçirdiyi #Məsləhətçiilətanışlıq rubrikasının qonağı Azad Qəhrəmanov oldu və SAT Group barədə məlumatları bölüşdü.

📋 #Məsləhətçiilətanışlıq: SAT Group

For English scroll down

“Biz şirkətlərə uğur qazanmaq üçün daxili marketinqə yetəri diqqət ayırmalarını və qərarları məlumat əsaslı vermələrini məsləhət görürük. 2020-ci ilin bizneslər üçün hazırladığı çətinlikləri fürsətə çevirib istifadə edən sahibkarlar növbəti illərdə bunun bəhrəsi görəcəklər”, deyə Azad Qəhrəmanov, “SAT Group” şirkətinin direktoru bildirib.

“SAT Group” şirkəti 2014-cü ildən yerli bazarda fəaliyyət göstərir. 2016-cı ildən şirkət kiçik və orta sahibkarlara biznes, satış, marketinq və insan resursları sahəsində konsaltinq xidməti verir. Şirkət bu günə qədər 30-dan çox layihəni uğurla başa vurmuşdur. Bu konsaltinq layihələri zamanı şirkətin Elektronika, Dağıtım, Tikinti, Tibb, HoReCa, Geyim kimi müxtəlif sahələrdən müştəriləri olmuşdur.

AYİB-in Kiçik Biznesə Dəstək proqramı çərçivəsində şirkət bir neçə yerli KOB-ların inkişafına dəstək olmaq məqsədi ilə biznes konsaltinqi xidmətini göstərib. 2019 və 2020-ci il ərzində “SAT Group” Bank tərəfindən yerli məsləhətçilər üçün təşkil olunmuş “Azərbaycanda konsultantlar üçün biznes diaqnostikası” və “İxrac strategiyasının tərtibi” təlimlərində iştirak etmişdir.

“Bizneslərdə uğurun sirri əsasən komanda və məlumat əsaslı qərar vermə olur. Biz şirkətlərə uğur qazanmaq üçün daxili marketinqə yetəri diqqət ayırmalarını və qərarları məlumat əsaslı vermələrini məsləhət görürük. Böhran dövründə bir daha hər bir biznes üçün işçilərin nə qədər vacib olması və hər bir məlumatın nə qədər dəyərli olması öz təsdiqini tapdı”, deyə Azad Qəhrəmanov vurğulayıb.

***

📋 #MeetOurConsultant: SAT Group

“We encourage companies to pay enough attention to internal marketing and make informed decisions to succeed. Entrepreneurs who take advantage of the challenges of 2020 for businesses will reap the benefits in the coming years”, says Azad Gahramanov, the director of SAT Group.

SAT Group has been operating in the local market since 2014. Since 2016, the company provides consulting services to small and medium entrepreneurs in the field of business, sales, marketing, and human resources. The company has successfully completed more than 30 projects till today. In the framework of these consulting projects, the company clientele represented various fields such as electronics, distribution, construction, medicine, HoReCa, clothing and others.

The company has provided business consulting services to support the development of several local companies within the EBRD’s Advice for Small Businesses program. In 2019 and 2020 SAT Group participated in the trainings “Export Strategy development” and “Business Diagnostics for Consultants in Azerbaijan” organized by the Bank for local consultants.

“The secret to success in business is its team and informed decision-making. We encourage companies to pay enough attention to internal marketing and make informed decisions to succeed. During the crisis, the importance of employees for every business and the value of every piece of information was reaffirmed”, underlined Azad Gahramanov, the director of SAT Group.

EU Neighbourhood & Enlargement, Delegation of the European Union to Azerbaijan, the EBRD’s Small Business Impact Fund (Ministry of Finance Japan, 대한민국 기획재정부, Ministry of Finance, Luxembourg, Sida – Styrelsen för Internationellt Utvecklingssamarbete Norway, Italy, The U.S. Department of the Treasury, Switzerland, #TaiwanBusiness – EBRD Technical Cooperation Fund), Sweden (Sida – Styrelsen för Internationellt Utvecklingssamarbete), EBRD-Turkey Technical Cooperation Fund (@Ministry of Treasury and Finance of the Republic of Turkey)